12px13px15px17px
Tarix:16/04/15

Azərbaycan dili “YouTube” videohostinqinə inteqrasiya edildi

“YouTube” tərtibatçıları doğma dilində onun servislərindən istifadə edən auditoriyanın artırılması üzərində işləməkdə davam edir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Google” şirkətinə məşhur olan videohostinq ilk illərdən etibarən çoxdillidir və bu gün şirkət siyahıya Azərbaycan dili daxil olmaqla 15 dil əlavə edib. Beləliklə, servis artıq 76 dildə fəaliyyət göstərir. “YouTube”dan verilən məlumata əsasən, servis bütün internet istifadəçilərinin 95 faizini əhatə edir.
 
Dəyişikliklər hələ ki, yalnız dil və interfeyslə bağlıdır. İstənilən dili veb səhifənin sol kolontitulunda “Language” siyahısından seçmək mümkündür.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 548

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024