12px13px15px17px
Tarix:16/04/15

Xarici ölkələrdə təhsillə bağlı müsabiqəyə dair e-xidməti təkmilləşdirilərək “Elektron hökumət” portalı üzərindən yeni versiyada təqdim olundu

“Elektron hökumət” portalında Təhsil Nazirliyinin təqdim etdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üçün “elektron ərizə” elektron xidməti təkmilləşdirilərək yeni versiyada istifadəçilərə təqdim edilib.
 
 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildirilib ki, əvvəlki versiyada elektron ərizəyə məlumatları daxil etmək üçün giriş edilən zaman istifadəçi yalnız elektron poçt vasitəsilə qeydiyyatdan keçirilirdi. Yenilənmiş versiyada isə “elektron ərizə sistemi”nin İAMAS-a (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) qoşulmasının təmin edilməsi ilə ərizəyə müvafiq qeydiyyatın şəxsiyyət vəsiqəsi (Fərdi İdentifikasiya Kodu - FİN vasitəsilə) ilə aparılması tətbiq edilib.
 
 
Qeydiyyatdan keçən zaman istifadəçinin şəxsiyyət vəsiqəsində olan məlumatlar avtomatik olaraq ekranda əks olunur. İstifadəçi sadəcə elektron poçt ünvanını və şifri daxil edərək qeydiyyatdan keçmiş olur. Şifr unudulan zaman isə onun bərpası, həmçinin istifadəçinin yaratdığı ərizə ilə bağlı məlumatlar elektron poçt ünvanına göndərilir. Sistemin istifadəçini FİN-ə uyğun identifikasiya etməsi vətəndaşın e-xidmətdən istifadəsi zamanı təkrar qeydiyyatdan keçmənin qarşısını alır. Belə ki, istifadəçi bir dəfə qeydiyyatdan keçdikdən sonra növbəti dəfə xidmətə daxil olan zaman sistem artıq istifadəçisini tanıdığından, birbaşa olaraq tələb olunan məlumatları doldurmaq üçün ekranda ərizə forması açılır.
 
Qeyd edək ki, xidmət istifadəçiyə ərizə formasını dolduran zaman e-xidmətdə tələb olunacaq sənədlərin siyahısı yerləşdirilən keçidi (linki) təqdim edir. İstifadəçi siyahıda adları qeyd olunan bütün tələb olunan sənədlərin surətini (skan) elektron ərizəyə məlumatlar daxil edilən zaman sistemə yükləməlidir.
 
 
Elektron ərizələr tamamlandıqdan sonra Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırılaraq, məlumatın və yüklənmiş sənədlərin müvafiq tələblərə uyğun olduğu təqdirdə qəbul edildiyi təsdiq ediləcəkdir.
 
Hər hansı məlumat və ya yüklənmiş sənəd düzgün olmadığı təqdirdə iddiaçının ərizəsi qəbul olunmayacaq və bu barədə səhvlər göstərilməklə iddiaçının elektron ərizəsi yalnız bir dəfə düzəliş üçün geri göndəriləcək. Həmçinin istifadəçi elektron ərizəsini tamamladıqdan sonra müraciətinin statusunu real rejimdə izləyə bilmək imkanını əldə edəcək və hər bir status dəyişikliyi barədə ona avtomatik bildiriş göndəriləcək.
 
 
Qeyd edək ki, istifadəçi ilkin variant olaraq sənədlərinin elektron variantını xidmətdən istifadə edərək təqdim edir. Müsahibəyə dəvət olunan namizədlərdən müsahibə günü notarial qaydada tərcümə və təsdiqi tələb edilən sənədlərin surətinin Təhsil Nazirliyinə təqdim edilməsi tələb olunacaq. Əgər iddiaçının elektron ərizəsində göstərdiyi sənədlərdəki məlumatlarla müsahibə günü təqdim edəcəyi sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri arasında fərqlilik olarsa, həmin şəxs müsahibəyə buraxılmayacaq və onun müraciəti ləğv olunacaq.
Bununla yanaşı, ötən ildən fərqli olaraq, elektron ərizənin məzmununda da bəzi dəyişikliklər edilərək istifadəçilərə geniş imkanlar verilib.
 
Belə ki, iddiaçılar elektron ərizəyə yüklədikləri bütün sənədlərə baxa, onları silə və ya dəyişə biləcək, elektron ərizəni təsdiq etdikdən sonra onlardan əlavə sənədlər tələb olunduğu halda, onu da elektron qaydada izlənmə sistemi panelində yaradılmış imkan vasitəsilə təqdim edə biləcəklər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024