12px13px15px17px
Tarix:16/04/15

“Elektron hökumət” portalı vasitəsilə indiyədək 120 mindən çox elektron arayış formalaşdırılıb

“Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışlardan istifadə dinamikası sürətlə artır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər olan dövr ərzində portal üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” və “İş yerindən arayış” e-xidmətləri vasitəsilə 120 mindən artıq e-arayış formalaşdırılaraq müvafiq qurumlara təqdim olunub.
 
Hazırda “Elektron hökumət” portalı vasitəsilə verilən elektron arayış növlərinin sayı 8-ə çatıb. Bu e-arayışlara vətəndaşa aid fərdi məlumatlar, iş yeri, ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri, ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında, rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı, yaşayış yeri haqqında, FİN-ə görə fərdi məlumatların axtarışı və diplom haqqında məlumatlar üzrə arayışlar daxildir.
 
CAHANGİR



Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024