12px13px15px17px
Tarix:17/04/15

Tim Kuk dünyanın 100 ən nüfuzlu insanından biridir

Aprelin 16-da ABŞ-ın “Time” jurnalı dünyanın 100 ən nüfuzlu insanının reytinqini dərc edib. Reytinqdə ənənəvi olaraq nüfuzlu siyasi və dövlət xadimləri, idmançılar, sənət adamları yer alıb.

“Time 2015” reytinqinə “Apple”ın baş direktoru Tim Kuk da daxil edilib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Time” jurnalı tərəfindən dərc edilmiş reytinqə daxil edilmiş şəxslər haqda saytda adətən şərhlər yazılır. Bir qayda olaraq, belə şərhlərin müəllifi adi jurnalist deyil, nüfuzlu siyasətçilər, görkəmli yazıçılar, milyarderlər olur. “Apple”ın direktoru haqda isə siyasətçi demokrat Con Luis təəssüratını yazıb:
"Stiv Cobsun kölgəsindən çıxmaq Tim Kuk üçün heç də asan olmadı. Amma cəsarəti sayəsində Kuk “Apple” şirkətini yeni zirvəyə qaldırmağa nail olub. O, dünyada biznes üçün yeni standart yaradıb" – deyə siyasətçi qeyd edib.
 
Məlumat üçün bildirək ki, sözügedən reytinq artıq 16 ildir tərtib edilir və beş kateqoriyaya ayrılır. Seçim saytda səsvermə yolu ilə aparılır, amma son seçimi redaksiya özü edir.
 
Emil Hüseynov



Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024