Tarix:17/04/15
Seminarın keçirilməsində məqsəd bu sahədə ali təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi və elektron bankçılıq xidmətlərindən istifadənin təşviq edilməsindən ibarətdir. Bankdan qeyd edilib ki, tədbir zamanı seminar iştirakçılarına elektron bankçılıq xidmətlərinin üstünlükləri, inkişaf istiqamətləri, bu sahədə mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib, həmçinin mövzu üzrə suallar cavablandırılıb.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların əsas məqsədlərinə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barəsində maarifləndirilməsi və alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyasının həyata keçirilməsi də daxildir.
Cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, əhaliyə elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması, ödəniş kartlarının üstünlükləri və imkanları, habelə kredit təşkilatlarının, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin və kart sahiblərinin hüquq və öhdəlikləri haqqında ictimaiyyətə daha ətraflı məlumatın təqdim edilməsi silsilə tədbirlərin əsas məqsədlərindəndir.
Həqiqət İSABALAYEVA
“Elektron bankçılıq - mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda seminar keçirilib
Mərkəzi Bank tərəfindən (MB) “Bilik mübadiləsi” layihəsi çərçivəsində ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir. Növbəti belə bir tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda təşkil edilib.Seminarın keçirilməsində məqsəd bu sahədə ali təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi və elektron bankçılıq xidmətlərindən istifadənin təşviq edilməsindən ibarətdir. Bankdan qeyd edilib ki, tədbir zamanı seminar iştirakçılarına elektron bankçılıq xidmətlərinin üstünlükləri, inkişaf istiqamətləri, bu sahədə mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib, həmçinin mövzu üzrə suallar cavablandırılıb.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların əsas məqsədlərinə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barəsində maarifləndirilməsi və alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyasının həyata keçirilməsi də daxildir.
Cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, əhaliyə elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması, ödəniş kartlarının üstünlükləri və imkanları, habelə kredit təşkilatlarının, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin və kart sahiblərinin hüquq və öhdəlikləri haqqında ictimaiyyətə daha ətraflı məlumatın təqdim edilməsi silsilə tədbirlərin əsas məqsədlərindəndir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 752
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır