12px13px15px17px
Tarix:17/04/15

Azərbaycan alimləri RTF-DCS üzrə keçirilən müsabiqəyə dəvət ediliblər

İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün müsabiqə elan edilib.
 
Müsabiqədə  Azərbaycan alimlərinin də iştirak etməsi təklif olunur. Bununla bağlı Elmi İnnovasiyalar Mərkəzinin (EİM) ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin (NAM S&T) məktubu daxil olub.
 
EİM-dən qeyd edilib ki, Elm və Texnologiya Mərkəzinin (NAM S&T) təşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı Hindistan Hökumətinin  Elm və Texnologiya Nazirliyinin Elm və Texnologiya Departamenti (DST) tərəfindən maliyyələşdirilir.
 
50 nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulmuş bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya, multidisplinar və digər sahələr üzrə həyata keçiriləcəkdir. Yaş məhdudiyyəti 40 yaşa kimi göstərilmiş bu müsabiqədə aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.
 
 
Müsabiqədə iştirak edənlərə göstəriləcək tam maliyyə dəstəyinə ikitərəfli beynəlxalq hava nəqliyyatı xərcləri, yaşayış, yemək və digər xərclər daxil olmaqla ayda $ 560 təqaüd, tədqiqatlar üçün, ölkədaxili səyahət zamanı hava limanından transfer, elmi-tədqiqat institutlarına səfər, elmi tədbirlərdə iştirak etmək, Hindistanın daxilində bölgələrə səyahət xərcləri də daxil olmaqla $ 480 birdəfəlik qrant  daxildir. İştirakçının ərizəsi onlayn təqdim olunmalıdır.
 
Ərizə formasının son təqdim etmə tarixi 15 iyun 2015-ci ildir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024