12px13px15px17px
Tarix:17/04/15

"Yahoo!" və "Microsoft" axtarış sazişinə dəyişikliklər ediblər

"Microsoft Corp" və "Yahoo İnc" şirkətləri 2009-cu ildə imzaladıqları axtarış partnyorluğuna dəyişiklik ediblər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dəyişiklik "Yahoo!" şirkətinə axtarış nəticələrinin mobil telefonlarda və  kompüterlərdə necə göstərilməsinə əlavə səlahiyyətlər verir.
 
"Microsoft"-un keçmiş  baş direktoru olan Stiven Balmer və "Yahoo!" şirkətinin keçmiş rəhbəri olan Karol Bartz tərəfindən yaradılan 10 illik partnyorluq tərəflərə 5 il keçdikdən sonra dəyişiklik və ya sazişi ləğv eləməyə imkan verir. Keçən ay müqavilənin  təkrar baxılması üçün   şirkətlər 30 gün vaxt  ayırıblar.
 
Daha əvvəl   "Microsoft" “Bing” axtarış sistemi  nəticələrin "Yahoo!" veb saytlarda necə göstərilməsini idarə edirdi. "Microsoft" indi  reklamları özünün “Bing Ads Platforma”nın köməyi ilə çatdırır. "Yahoo!"  buna qədər “Bing” axtarış reklamlarının satışına cavabdeh idi. Müqaviləyə  gəlirin paylaşılması daxildir. Razılaşmaya görə,  "Microsoft"   “Yahoo!”  axtarış sistemindən  çatdırılmış “Bing” reklamlarına görə müəyyən  faiz ödəyir. Bu struktur dəyişməz qalır. Qeyd edək ki, yayılan informasiya fonunda bu səhər  "Yahoo!" və "Microsoft"  səhmlərinin   qiymətinin  azalması müşahidə olunub.
 
Aynur Vəliyeva



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024