Tarix:17/04/15
Tədbirdə hər iki ölkənin informasiya-kommunikasiya (İKT), logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə düzənlənən forumda Sinqapurun İT şirkətləri Azərbaycanın İKT bazarı ilə maraqlanıb, buradakı iş imkanlarını araşdırıblar. Sinqapurlular digər sahələrdə çalışan şirkətlərlə yanaşı, İT firmalarının da ortaq layihələr reallaşdırmaqda, müştərək məhsullar istehsal etmək niyyətində olduqlarını bildirərək Azərbaycanın onların maraq dairəsində olduğunu qeyd ediblər.
Forumda Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verilib, ölkəmizin xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğu vurğulanıb.
Eləcə də sinqapurlu iş adamları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edilib.
Sinqapur nümayəndə heyətinin rəhbəri, "Kenetics Innovations" şirkətinin icraçı direktoru Ken Vong ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu bildirərək, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.
SEYMUR
Sinqapurun İT şirkətləri: “Azərbaycan bizim maraq dairəmizdədir”
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Sinqapur Biznes Forumu keçirilib.Tədbirdə hər iki ölkənin informasiya-kommunikasiya (İKT), logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə düzənlənən forumda Sinqapurun İT şirkətləri Azərbaycanın İKT bazarı ilə maraqlanıb, buradakı iş imkanlarını araşdırıblar. Sinqapurlular digər sahələrdə çalışan şirkətlərlə yanaşı, İT firmalarının da ortaq layihələr reallaşdırmaqda, müştərək məhsullar istehsal etmək niyyətində olduqlarını bildirərək Azərbaycanın onların maraq dairəsində olduğunu qeyd ediblər.
Forumda Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verilib, ölkəmizin xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğu vurğulanıb.
Eləcə də sinqapurlu iş adamları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edilib.
Sinqapur nümayəndə heyətinin rəhbəri, "Kenetics Innovations" şirkətinin icraçı direktoru Ken Vong ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu bildirərək, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.
SEYMUR
Baxış sayı: 656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır