12px13px15px17px
Tarix:17/04/15

2015-ci ildə sosial mediada qlobal reklam xərcləri 23,68 milyard dollara çatacaq

"eMarketer" analitik agentliyi yazır ki, 2015-ci ildə dünyada elan verənlər sosial mediada reklama 23,68 milyard dollar xərcləyəcək.
 
"eMarketer"in proqnozuna görə, 2017-ci ilə sosial mediada reklamdan əldə olunan gəlir 35,98 milyard dollara çatacaq. Agentliyin qiymətləndirməsinə görə, qlobal reklam xərclərinin artım sürəti zəifləyir.
 
2014-cü ildə 56,2 faiz təşkil edib, cari ildə 33,5 faizədək, 2016-cı ildə 26,3, 2017-ci ildə 20,3 faizədək azalacaq.
 
"ICTnews" elektron xəbər xidməti "searchengines.ru" saytına istinadən bildirir ki, ABŞ və Kanadada elan verənlər sözügedən bazarın aparıcı qüvvələri olaraq qalırlar. Bu il adıçəkilən ölkələrin reklam xərcləri ötən illə müqayisədə 31 faiz yüksələrək 10 milyard dollara çatacaq. Asiya-Sakit okean regionunda elan verənlər 7,4, Qərbi Avropada 4,74 milyard dollar xərcləyəcəklər. Şimali Amerika ölkələri, həmçinin bir istifadəçi xərci (50,42 reklam dolları) üzrə liderdir. Qərbi Avropada bu məbləğ 25,26, Asiya-Sakit okean regionunda 8,04 dollar təşkil edir.
 
"eMarketer" analitik agentliyinin proqnozuna görə, yaxın illərdə ABŞ və Çin rəqəmli reklam xərclərinə görə dünyada liderlik edəcəklər. Qlobal rəqəmli reklam bazarının çox hissəsi bu ölkələrin payına düşəcək.
 
Cari il ABŞ-da elan verənlər sosial media sahəsində reklama 9,59 milyard dollar xərcləyəcəklər ki, bu da 2014-cü illə müqayisədə 31 faiz yüksəkdir. 2017-ci ilədək ABŞ-da sosial şəbəkələrdə reklam xərcləri 14,4 milyard dollara çatacaq. 2015-ci ildə Çində reklam xərcləri 3,41, 2017-ci ildə 6,11 milyard dollar təşkil edəcək.
 
Sosial mediada reklam xərclərinin böyük payı "Facebook" sosial şəbəkəsinin payına düşəcək. 2015-ci ildə şirkətin reklam gəliri 15,5 milyard dollara çatacaq.
 
Emil Hüseynov



Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024