12px13px15px17px
Tarix:08/09/11

Elm və təhsil saytlarına maraq artıb

Xüsusən də elm və təhsillə bağlı saytların innovativ texnologiyalar əsasında yaradılmasının zamanın tələbi olduğunu söyləyən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyovaya istənilən elmi müəssisə və təşkilatların saytları yaradılarkən burada xüsusi tələb və qaydaların nəzərə alınmasının mütləq şərtlərdən olduğunu bildirib:

“Saytın müvafiq standartlara cavab verməsi üçün strukturun düzgün və aydın, proqram təminatının innovativ texnologiyalar əsasında qurulması, aktual informasiya təminatının təşkili vacib şərtdir.

Saytların ən azı, iki dildə olması informasiyanın geniş oxucu kütləsinə çatdırılması baxımından daha məqsədəuyğundur”. Şöbə müdiri yüksək səviyyəli saytların yaradılmasında maliyyə məsələlərinin də az əhəmiyyət kəsb etmədiyini vurğuladı.

Veb-saytların informasiya təhlükəsizliyinin təmini məsələlərinə gəlincə, G.Nəbibəyova informasiyanın etibarlı mühafizəsinin bu gün dünyada ictimaiyyəti düşündürən ciddi məsələlərdən olduğunu bildirdi. Bu sahədə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində ölkəmizdə də ciddi işlərin aparıldığını qeyd etdi:

“İstənilən saytın hakerlərin, kibercinayətkarların hücumlarından qorunmasının təşkili o qədər də asan məsələ deyil. Bu kimi problemlərin aradan qaldırılmasında innovativ texnologiyaların tətbiqi, savadlı, peşəkar kadr hazırlığı vacib şərtdir”.

İstifadəçilərin istənilən sayta müraciət statistikası məsələlərinə də toxunan şöbə müdiri bu sahədə yüksək göstəricilərin əldə olunmasının saytın aktual vəziyyətindən xəbər verdiyini bildirdi:

“Əksər hallarda əyləncə saytlarına marağın daha çox olduğunu müşahidə etsək də, son zamanlar elm və təhsil saytlarına da müraciətlərin sayı gündən-günə artmaqdadır”.

G.Nəbibəyova institut tərəfindən yaradılan AMEA-nın www.science.gov.az rəsmi portalının 1995-ci ildə Azərbaycanda ilk veb-sayt kimi fəaliyyətə başladığını da diqqətə çatdıraraq portalın statistik göstəriciləri haqqında məlumat verdi.

O, sayta müraciət edənlərin sayında ildən-ilə 30-40% artımın müşahidə edildiyini qeyd edərək bu göstəricini müsbət hal kimi dəyərləndirdi.



Baxış sayı: 1251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024