12px13px15px17px
Tarix:20/04/15

“Google” planetimizin ən ucqar regionlarının internetlə təchizatına start verdi

“Google” şirkəti planetimizin ən ucqar regionlarında internetə çıxış imkanını nəzərdə tutan iddialı “Loon” layihəsinin reallaşdırılması üzərində işlər haqda məlumat yayıb.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, internet şirkəti stratosferdə olan və ucqar regionlarda yaşayan insanlara siqnal translyasiya edən xüsusi hava şarlarını sınaqdan keçirir. Aerostatların vəziyyətinə nəzarət etmək üçün hava axınları və günəş enerjisindən istifadə edilir.
 
“Google” şirkətinin nümayəndəsi bildirib ki, layihənin inkişafının erkən mərhələsində şirkət gündə bir aerostat havaya buraxa bilib. İndi bu məqsəd üçün avtomatik quraşdırmalardan istifadə olunur ki, sonuncuların hər biri gündə havaya onlarla hava şarı göndərə bilir.
 
Aerostatların istehsalı xeyli sürətlənib. Belə ki, əvvəllər bir hava şarının hazırlanması 3-4 günə başa gəlirdisə, indi avtomatlaşdırılmış istehsal xəttində bu işə bir neçə saat sərf olunur.
 
Hazırda sistem Avstraliya, Latın Amerikası və Yeni Zelandiyada sınaqdan keçirilir. Amma “Loon” şəbəkəsinin kommersiya istismarının başlanğıc müddəti məlum deyil.
 
Emil Hüseynov



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024