12px13px15px17px
Tarix:21/04/15

2014-cü ildə “SİM” kartların tədarükü 11 faiz artıb

Dünya üzrə “SİM” kart istehsalçılarının təxminən 90 faizini birləşdirən “SIMalliance” beynəlxalq sahə assosiasiyasının məlumatına əsasən, 2014-cü ildə dünyada “SİM” kartların tədarükü 11 faiz artıb.
 
“SIMalliance” assosiasiyasının yeni hesabatına əsasən, ötən il ərzində assosiasiyanın iştirakçıları ümumilikdə 4,7 milyard “SİM” kart tədarük ediblər.
 
Coğrafi məkan baxımından Asiya “SİM” kartlar üzrə ən böyük bazar olub. Mütəxəssislər, həmçinin bu regionda ən yüksək artım tempi müşahidə ediblər: regionda tədarük həcmi illik 25 faiz yüksələrək 2,36 milyarda çatıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu göstəricilər üzrə ikinci pilləni Şimali Amerika tutur, bu regionda artım tempi 19  faiz təşkil edib, “SİM” kartların tədarükü isə 284 milyona çatıb.
 
Həmçinin MDB və Afrika ölkələrində müsbət dinamika müşahidə olunub – burada tədarük həcmi müvafiq olaraq 5 və 2 faiz yüksəlib, Avropada isə göstəricilər, demək olar, dəyişməyib.
 
“SIMalliance”ın məlumatları “NFC” texnologiyasını dəstəkləyən “SİM” kartların uğurlu nüfuzetməsi haqda məlumat verir. 2014-cü ildə onların tədarükü 69 faiz yüksələrək 132 milyona çatıb. Bu məhsula ən böyük tələbat Şimali Amerikada qeydə alınıb, bu regionda tədarük həcmi 92 faiz yüksələrək 46 milyona çatıb.
 
Nəticədə region “NFC” texnologiyasını dəstəkləyən “SİM” kartların satış həcmi üzrə Yaponiya və Cənubi Koreyanı geridə qoyaraq birinci pilləni tutub.
 
Avropada, həmçinin “NFC” dəstəkli “SİM” kartlara tələbat xeyli artıb: tədarük həcmi 85 faiz yüksələrək 26 milyona çatıb.
 
Gələcəkdə “NFC” texnologiyasının geniş yayılması gözlənilir. “IHS” analitik agentliyinin proqnozuna görə, 2018-ci ildə kontaktsız ödənişlər etməyə imkan verən bu texnologiyanı dəstəkləyən mobil telefonların tədarük həcmi 1.2 milyarda çatacaq. Qeyd edək ki, 2014-cü ildə bu göstərici 416 milyon olub. O zaman dünyada istehsal edilən smartfonların üçdən ikisi “NFC” funksiyasına malik olacaq.
 
Emil Hüseynov

 



Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024