Tarix:21/04/15
İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. “Library.asue.edu.az” domenində qurulan elektron kitabxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” (danışabilər sənəd forması) formatındadır.
Zəngin resurslara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.
Universitetdən qeyd edilib ki, saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir. Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin istəklərini qeydə ala bilməsidir. Rəy bildirmə hissəsində istifadəçilər sayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər.
Saytda, həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və Böyük Britaniyanın Milli Kitabxanasına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib.
Həqiqət İSABALAYEVA
ADİU-da elektron kitabxananın təqdimatı keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron kitabxananın təqdimat mərasimi keçirilib.İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. “Library.asue.edu.az” domenində qurulan elektron kitabxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” (danışabilər sənəd forması) formatındadır.
Zəngin resurslara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.
Universitetdən qeyd edilib ki, saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir. Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin istəklərini qeydə ala bilməsidir. Rəy bildirmə hissəsində istifadəçilər sayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər.
Saytda, həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və Böyük Britaniyanın Milli Kitabxanasına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır