Tarix:21/04/15
Belə ki, yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 9 ədəd müxtəliftəyinatlı radio-televiziya avadanlıqları istismara verilib ki, bunlardan 4 ədədi DVB-T2 standartlı rəqəmli verici olub.
Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib.
2015-ci ilin birinci rübü ərzində 137 müəssisə və təşkilatda istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq aktlar tərtib olunub. Baxış zamanı dövlət qeydiyyatından keçməyən 43 ədəd REV aşkarlanıb, onlardan 5-i möhürlənib, qalanının isə qeydiyyata alınması üçün tədbirlər görülür. 18 hüquqi və fiziki şəxsə tezlik ayrılmış və 1546 ədəd yeni REV qeydiyyata alınıb.
Respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 21 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb. Ölkə ərazisini əhatə edən “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin qurulması üzrə işlər davam etdirilib.
Ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə rəqəmli televiziya yayımı ilə təmin edilib
Hesabat dövründə respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb.Belə ki, yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 9 ədəd müxtəliftəyinatlı radio-televiziya avadanlıqları istismara verilib ki, bunlardan 4 ədədi DVB-T2 standartlı rəqəmli verici olub.
Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib.
2015-ci ilin birinci rübü ərzində 137 müəssisə və təşkilatda istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq aktlar tərtib olunub. Baxış zamanı dövlət qeydiyyatından keçməyən 43 ədəd REV aşkarlanıb, onlardan 5-i möhürlənib, qalanının isə qeydiyyata alınması üçün tədbirlər görülür. 18 hüquqi və fiziki şəxsə tezlik ayrılmış və 1546 ədəd yeni REV qeydiyyata alınıb.
Respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 21 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb. Ölkə ərazisini əhatə edən “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin qurulması üzrə işlər davam etdirilib.
Baxış sayı: 965
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı