12px13px15px17px
Tarix:22/04/15

“NASA” planetdənkənar həyatın axtarışı üçün proqram istifadəyə verib

ABŞ Kosmik Agentliyi (NASA) planetdənkənar həyatın axtarışı üzrə yeni "NExSS” proqramını həyata keçirməyə başlayıb.

Proqram çərçivəsində sivilizasiyadankənar və canlı orqanizmlərin axtarışı ilə təkcə planetoloqlar deyil, həm də klimatoloqlar məşğul olacaq.
 
“Biz eyni anda bir neçə müxtəlif elmi fənni birləşdirməyə çalışırıq və onların hamısının planetin təşəkkülünə və formalaşmasına baxışı bir-birindən fərqlənir. Bu elm sahələrini təmsil edən nümayəndələrin həyat zonasının mahiyyətinin nədən ibarət olması barədə yekdil fikrə gəlməsi çətin məsələdir”, - "NExSS” proqramının rəhbəri və "NASA”-nın astrobioloji təşəbbüsünün rəhbəri Meri Voytek bildirib.
 
Proqram rəhbəri 16 astronom, astrofizik, klimatoloq və planetoloq qrupunun səylərini birləşdirərək həyatın harada mövcud olması, onun necə görünməsi və kosmosdan necə aşkarlanması ilə bağlı yekdil fikrə gəlməyə çalışaraq birgə araşdırmalar aparır.
 
“NExSS” yeniliklərindən biri odur ki, proqram çərçivəsində hazırda Yerin mövcud iqlim modellərinin ekzoplanetlərlə iş üçün uyğunlaşdırılması üzərində çalışan klimatoloqlar geniş iştirak edir, - “RİA Novosti” yazır. 



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024