12px13px15px17px
Tarix:22/04/15

Mikrobloqlar xidməti məlumat mübadiləsini asanlaşdırıb

“Twitter” mikrobloqlar xidməti istifadəçilər arasında məlumat mübadiləsi qaydalarına dəyişikliklər edib. İndi istifadəçilər bir-biri və ya qrup halında daha asan ünsiyyət qura biləcəklər.
 
Əvvəllər “Twitter” istifadəçiləri öz məlumatlarını yalnız abunəçilərinə göndərə bilirdilər. Hazırda isə istifadəçinin hesaba abunə olmasından asılı olmayaraq məlumatı istənilən istifadəçidən almaq mümkündür.
 
Bundan başqa, mikrobloqlar xidmətinin "iPhone” və “Android” sistemli qurğular üçün əlavələrindəki istifadəçi profilində “Şəxsi məlumat” düyməsi yer alıb.
 
Yeni funksiyalar “Twitter” istifadəçilərinə onlar üçün maraqlı olan insan və təşkilatlarla birbaşa ünsiyyət qurmağa imkan verir. Həmçinin arzuolunmaz akkauntlardan məlumatların alınmasının bloklanması funksiyasından istifadə mümkün olacaq.
 
Yeni qaydalar aprelin 20-də qüvvəyə minib, - "CNews” yazır. 



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024