12px13px15px17px
Tarix:22/04/15

Vətəndaşların müraciətlərinin daha operativ və effektiv həll olunması üzrə işlər davam etdirilir

 Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması, onların qəbulunun təşkili istiqamətində də işlər effektiv formada həyata keçirilib.
 
 
Əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə rabitə və yüksək texnologiyalar naziri respublikanın 2 bölgəsində ətraf rayonlar da əhatə edilməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 32 vətəndaş qəbul olunub.
 
Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mərkəzi Aparatında, rabitə birlik və müəssisələrində vətəndaşların qəbul olunması, RYTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlərin diqqətlə araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi daim diqqət mərkəzində olub.

Rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşlardan birbaşa  RYTN-ə daxil olan müraciətlərin sayı 33 ədəd azalaraq 579 ədəd, ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə 6 ədəd azalaraq 129 ədəd təşkil edib.



Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024