12px13px15px17px
Tarix:23/04/15

“Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb

Hesabat dövründə Azərbaycan peykinin tutumunun satışı üzrə işlər davam etdirilib və hazırda peyk üzərindən yerli və beynəlxalq səviyyəli 130-dək televiziya və 20-dən çox radio kanalı yayımlanır.

Azərbaycanın paytaxtdan kənarda fəaliyyət gostərən daha bir neçə regional TV kanalının (Qütb TV, Alternativ TV, Türkel TV, Region TV) “Azerspace-1” peykindən yayımı təşkil edilib.

“Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış Qrant Müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Peyk istehsalçısının seçilməsi ilə bağlı tender elan edilib və iştirak üçün 5 şirkət müraciət edib. Tender təkliflərinin cari ilin aprel ayında açılışı nəzərdə tutulur.


“Azerspace-2” peykinin resurslarının uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə
bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanılıb.

“Azersky” yüksək ayırdetməli yer səthinin məsafədən müşahidə peykinin “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsinin cari ilin may ayında tamamlanması nəzərdə tutulur.

İyun ayından etibarən isə yerüstü infrastrukturun quraşdırılması üçün ölçmə və hazırlıq işlərinə başlanacaq.



Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024