12px13px15px17px
Tarix:23/04/15

BETİM üzvləri “International Techmart Vietnam 2015” beynəlxalq elmi-texniki sərgisinə qatılacaqlar

01-04 oktyabr 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində Beynəlxalq Elmi Texniki İnformasiya Mərkəzi (BETİM) tərəfindən bir sıra beynəlxalq tədbirlər keçiriləcək.
 
 Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən qeyd edilib ki, BETİM-in nümayəndə heyətinin bu tədbirlər çərçivəsində kollektiv stendlə Vyetnamın iri miqyaslı beynəlxalq elmi-texniki “International Techmart Vietnam 2015” sərgisində iştirakı nəzərdə tutulur:
 
“Üzvlər BETİM-in kollektiv stendində öz məhsul, texnologiya və xidmətlərini təqdim edə, informasiya materiallarını yaya, işgüzar görüşlər keçirə bilərlər”.
 
 
Qeyd edək ki, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi çoxtərəfli, hökumətlərarası razılaşmaya uyğun olaraq yaradılmış təşkilatdır. Azərbaycanın da daxil olduğu BETİM-in 22 üzv dövləti var. Burada Bolqarıstan, Macarıstan, Almaniya, Monqolustan, Polşa, Rumıniya, Rusiya, Çexiya, Slovakiya, Kuba, Vyetnam, Gürcüstan, Türkiyə, Hindistan, Koreya Xalq Demokratik Respublikası, Belarus, Estoniya, Ukrayna və başqaları yer alır. Mərkəzin əsas vəzifəsi elm, texnologiya və biznes sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində üzv dövlətlərə informasiya, analitik, konsultasiya və təşkilati dəstəyinin göstərilməsindən ibarətdir. BETİM-in qərargahında hazırda 150-dən artıq mütəxəssis çalışır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024