12px13px15px17px
Tarix:23/04/15

“PayPal” parolların məhvini proqnozlaşdırır

“PayPal” işləmələr bölməsinin direktoru Conatan LeBlan "Parollara son" təqdimatı çərçivəsində şirkətin bu istiqamətdə yeni proqnozu ilə paylaşıb.

LeBlan bildirib ki, bu gün populyarlaşmaqda olan biometrik texnologiyalar əsasında identifikasiya vaxt keçdikcə keçmişdə qalacaq və daha yüksəktexnologiyalı sistemlərdən istifadə ediləcək.

"ICTnews" elektron xəbər xidməti “moneynews.ru” saytına istinadən bildirir ki, LeBlan əmindir ki, identifikasiya üçün ən yeni imkanlar beyin implantları, ürək ritminin monitorinqinin tətbiqi sahələrinə əsaslanır. Belə qurğular batareya vasitəsilə işləyəcək, sonuncu isə öz növbəsində mədə şirəsindən qidalanacaq.

“PayPal”ın təklifləri bu gün inanılmaz görünsə də, ancaq LeBlan iddia edir ki, şirkət artıq ürək ritmlərin tezliyinə əsaslanan identifikasiya texnologiyasını sınaqdan keçirir.

Emil Hüseynov



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024