12px13px15px17px
Tarix:23/04/15

2020-ci ilədək Böyük Britaniyada 33 milyon insan mobil bankçılıqdan istifadə edəcək

Böyük Britaniyada "Fiserv" firması tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, 2020-ci ilədək ölkədə mobil bank tətbiqlərindən istifadə edənlərin sayı təxminən iki dəfə artaraq 32,6 milyona çatacaq. Mobil tətbiqlər üzərindən edilən ödənişlərin həcmi həftədə 3,4 milyard funt-sterlinqə kimi artacaq.

"ICTnews" elektron xəbər xidməti "computerworld.ru" saytına istinadən bildirir ki, indi Böyük Britaniyada yaşlı əhalinin yalnız 34 faizi mobil bank tətbiqlərindən istifadə edir. Ancaq smartfonların geniş yayılması və bank müştərilərinin onların xidmətlərinə istənilən an girişə malik olmaq istəyi nəticəsində istifadəçilərin payı artaraq 2020-ci ilədək 60 faizə çatacaq. "Fiserv" firmasının nümayəndəsi hesab edir ki, yaxın illərdə 14,8 milyon yeni istifadəçinin peyda olması banklara innovativ mobil layihələrin reallaşdırılması sahəsində böyük imkanlar vəd edir.

"Fiserv"in proqnozuna görə, 2020-cı ilədək internet bankçılıqdan istifadə edənlərin payı 53-dən 66 faizədək yüksələcək.

Emil Hüseynov
 
 



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024