Tarix:23/04/15
31 mart 2015-ci il tarixində bağlanmış üçaylıq hesabat dövrünün nəticəsinə görə, “Facebook”un xalis mənfəəti 509 milyon dollar təşkil edib. Bir il əvvəl bu göstərici 639 milyon dollar olub.
“Facebook”un gəlirinin azalmasının əsas səbəbi əməliyyat xərclərinin artmasıdır. Tədqiqat və işləmələrə yatırılan investisiyalar 133 faiz, marketinq və satışların təşkilinə xərclər isə 2 dəfə yüksəlib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Facebook” heyətin sayının artımına, planetin bütün sakinlərini internetə qoşmaq üçün “Internet.org” layihəsinə, virtual reallıq texnologiyalarının hazırlanmasına və şirkətlərin satın alınmasına aktiv sərmayə yatırıb. 2014-cü ildə Mark Zukerberqin şirkəti “WhatsApp” messencerini 21 milyard dollara satın alıb.
Hazırda “Facebook” yalnız auditoriyası 1 milyardı ötən sosial şəbəkə deyil, artıq “WhatsApp” (800 milyon aktiv istifadəçi), “Facebook Messenger” (600 milyon) və “Instagram”ın (300 milyon) yer aldığı mobil tətbiqlər silsiləsidir.
Böyük miqyaslı biznes və reklam sayəsində 2015-ci ilin birinci rübündə “Facebook”un mədaxili 41 faiz yüksələrək 3,54 milyard dollar təşkil edib.
2015-ci ilin yanvar-martında “Facebook”un gündəlik aktiv auditoriyası illik hesablama üzrə 17 faiz yüksələrək 936 milyon istifadəçi təşkil edib. “Facebook”dan ayda ən azı bir dəfə istifadə edənlərin sayı 1,44 milyarddır. 31 mart 2015-ci il tarixinə olan məlumata əsasən, “Facebook”un mobil istifadəçilərinin aylıq auditoriyası 1,25 milyarda çatıb.
Emil Hüseynov
“Facebook”un mobil istifadəçilərinin aylıq auditoriyası 1,25 milyarda çatıb
“Facebook”un xərclərinin artımı сari ilin birinci rübündə dünyanın ən böyük sosial şəbəkəsinin gəlirinə mənfi təsir göstərib.31 mart 2015-ci il tarixində bağlanmış üçaylıq hesabat dövrünün nəticəsinə görə, “Facebook”un xalis mənfəəti 509 milyon dollar təşkil edib. Bir il əvvəl bu göstərici 639 milyon dollar olub.
“Facebook”un gəlirinin azalmasının əsas səbəbi əməliyyat xərclərinin artmasıdır. Tədqiqat və işləmələrə yatırılan investisiyalar 133 faiz, marketinq və satışların təşkilinə xərclər isə 2 dəfə yüksəlib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Facebook” heyətin sayının artımına, planetin bütün sakinlərini internetə qoşmaq üçün “Internet.org” layihəsinə, virtual reallıq texnologiyalarının hazırlanmasına və şirkətlərin satın alınmasına aktiv sərmayə yatırıb. 2014-cü ildə Mark Zukerberqin şirkəti “WhatsApp” messencerini 21 milyard dollara satın alıb.
Hazırda “Facebook” yalnız auditoriyası 1 milyardı ötən sosial şəbəkə deyil, artıq “WhatsApp” (800 milyon aktiv istifadəçi), “Facebook Messenger” (600 milyon) və “Instagram”ın (300 milyon) yer aldığı mobil tətbiqlər silsiləsidir.
Böyük miqyaslı biznes və reklam sayəsində 2015-ci ilin birinci rübündə “Facebook”un mədaxili 41 faiz yüksələrək 3,54 milyard dollar təşkil edib.
2015-ci ilin yanvar-martında “Facebook”un gündəlik aktiv auditoriyası illik hesablama üzrə 17 faiz yüksələrək 936 milyon istifadəçi təşkil edib. “Facebook”dan ayda ən azı bir dəfə istifadə edənlərin sayı 1,44 milyarddır. 31 mart 2015-ci il tarixinə olan məlumata əsasən, “Facebook”un mobil istifadəçilərinin aylıq auditoriyası 1,25 milyarda çatıb.
Emil Hüseynov
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib