Tarix:24/04/15
"Mexanika mühəndisliyi" ixtisasının tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulub. Universitet həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimaiyyətə təqdim etmək üçün "Mexanika mühəndisliyi laboratoriyalarında bir gün " adlı tədbir həyata keçirir. Bu qəbildən olan növbəti tədbirdə universitetin rektoru, professor Ahmet Saniç çıxış edib:
"Qafqaz Universiteti ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi və xeyir-duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə və elektron universitet sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitetdə 17 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Qafqaz Universiteti tələbələrin hərtərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir."
Tədbirdə qeyd olunub ki, BP ilə əməkdaşlıq nəticəsində qurulmuş laboratoriyalar tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır, həmçinin müasir texnologiyalardan istifadə etməyi bacaran mütəxəssis hazırlığında vacib amildir.
Həqiqət İSABALAYEVA
Qafqaz Universitetində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulub
Qafqaz Universiteti (QU) "BP Azərbaycan" şirkəti ilə birgə "Mühəndislik məktəbinin genişləndirilməsi" layihəsini həyata keçirir. Layihə üç mərhələdən ibarətdir. Birinci mərhələdə QU-nun Mühəndislik fakültəsi tərkibində "Kimya mühəndisliyi", ikinci mərhələdə isə "Mexanika mühəndisliyi" yaradılıb."Mexanika mühəndisliyi" ixtisasının tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulub. Universitet həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimaiyyətə təqdim etmək üçün "Mexanika mühəndisliyi laboratoriyalarında bir gün " adlı tədbir həyata keçirir. Bu qəbildən olan növbəti tədbirdə universitetin rektoru, professor Ahmet Saniç çıxış edib:
"Qafqaz Universiteti ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi və xeyir-duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə və elektron universitet sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitetdə 17 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Qafqaz Universiteti tələbələrin hərtərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir."
Tədbirdə qeyd olunub ki, BP ilə əməkdaşlıq nəticəsində qurulmuş laboratoriyalar tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır, həmçinin müasir texnologiyalardan istifadə etməyi bacaran mütəxəssis hazırlığında vacib amildir.
Baxış sayı: 744
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır