"Elektron hökumət” portalı üzərindən təqdim edilən elektron CV-lər daha etibarlı olacaq
Tezliklə “Elektron hökumət” portalının təqdim edəcəyi “Elektron CV xidməti” sayəsində bu problem əsaslı şəkildə həll olunacaq.
Bu CV-ləri hər kəs portalda aidiyyatı elektron xidmətə daxil olmaqla işləmək arzusunda olduğu istənilən müəssisəyə elektron şəkildə təqdim edə biləcək. Bu CV-lər işə qəbul olmaq istəyənlərlə yanaşı işəgötürənin də işini xeyli asanlaşdıracaq.
Bir necə dövlət qurumunun İnformasiya Sistemindən istifadə edilərək yaradılacaq elektron CV-lər obyektiv, dəqiq, ətraflı olmaqla bərabər, işəgötürənin qiymətləndirmədə yanılma riskini də minimuma endirəcək.
Elektron CV-də şəxs haqqında aşağıdakı məlumatlar öz əksini tapacaq:
* Daxili İşlər Nazirliyinin İnformasiya Sisteminə əsasən
Vətənadşın soyadı, adı və ata adı
Fotoşəkli
İmzasının fotosurəti
Şəxsiyyət vəsiqəsinin seriya, N-si, FİN-i
Doğulduğu yer
Hazırda qeydiyyatda olduğu yer
* Tələbə Qəbulu Dövlət Komisiyasının İnformasiya Sisteminə əsasən
Vətənadşın soyadı, adı və ata adı
Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
Qəbul üçün əsas
Təhsil müəssisəsinin adı
Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
Təhsil səviyyəsi
İxtisasın şifri, adı və təhsilalma forması
Təhsil üzrə cari vəziyyət
Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
Diplomun verilməsi haqqında əmrin tarixi
Diplomun növü
* Əgər şəxs əvvəllər işləyibsə, ƏƏSMN-nin və DFSMF-nin İnformasiya Sistemlərinə əsasən
İş yeri,
Vəzifəsi,
Son illər və aylar üzrə əmək haqları barədə məlumat və s.
Qeyd edirik ki, bu elektron xidmət nəticəsində həm də saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq.
Baxış sayı: 842
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır