Tarix:24/04/15
Qazaxıstanın “DARIN” elm mərkəzi və Süleyman Dəmirəl Universitetinin təşkil etdiyi olimpiadada 30-a yaxın ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Somali, Uqanda, Əfqanıstan, Nigeriya, Gürcüstan, Venesuela, İordaniya, Seneqal, Banqladeş, Hindistan, CAR, Ukrayna, Özbəkistan, Myanma, Tailand, Kamboca və s.) 250 məktəbli iştirak edib.
Təhsil Nazirliyindən bildirilib ki, olimpiadada Azərbaycan “İstək” liseyinin iki şagirdi ilə təmsil olunub. Qaydalara müvafiq olaraq, komandalar 5 kateqoriya - proqramlaşdırma, kompüter sənəti, qısa film, “hardware” nəzarəti, “robotiks” üzrə birincilik uğrunda mübarizə aparıblar.
“İstək” liseyinin 8-ci sinif şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva olimpiadada “robotiks” kateqoriyası üzrə “Line Follower” layihəsi ilə iştirak edib və ən yüksək bal toplayaraq, qızıl medala layiq görülüblər.
Həqiqət İSABALAYEVA
Beynəlxalq kompüter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər
Almatı şəhərində keçirilmiş “İnformatrix Asia & Pacific” kompüter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər.Qazaxıstanın “DARIN” elm mərkəzi və Süleyman Dəmirəl Universitetinin təşkil etdiyi olimpiadada 30-a yaxın ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Somali, Uqanda, Əfqanıstan, Nigeriya, Gürcüstan, Venesuela, İordaniya, Seneqal, Banqladeş, Hindistan, CAR, Ukrayna, Özbəkistan, Myanma, Tailand, Kamboca və s.) 250 məktəbli iştirak edib.
Təhsil Nazirliyindən bildirilib ki, olimpiadada Azərbaycan “İstək” liseyinin iki şagirdi ilə təmsil olunub. Qaydalara müvafiq olaraq, komandalar 5 kateqoriya - proqramlaşdırma, kompüter sənəti, qısa film, “hardware” nəzarəti, “robotiks” üzrə birincilik uğrunda mübarizə aparıblar.
“İstək” liseyinin 8-ci sinif şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva olimpiadada “robotiks” kateqoriyası üzrə “Line Follower” layihəsi ilə iştirak edib və ən yüksək bal toplayaraq, qızıl medala layiq görülüblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 704
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır