Tarix:24/04/15
Azərbaycanda biliklər iqtisadiyyatının bərqərar olmasında İKT sahəsində böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnmək zəruridir. Hazırda respublikamızda informasiya və bilik bazasının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən İnteraktiv İnformasiya Sisteminin hazırlanması da bu istiqamətdə görülən mühüm işlərdəndir. AMEA Rəyasət Heyətində AMEA-nın təsisçiləri, prezidentləri, Nobel mükafatı laureatları və AMEA-nın fəaliyyəti ilə bağlı məlumatlar haqqında İnteraktiv İnformasiya Sisteminin təqdimatı keçirilib. Akademiyadan bildirilib ki, sistem ilə yaxından tanış olan AMEA prezidenti, akademik Akif Əlizadə İnteraktiv İnformasiya Sistemini olduqca əhəmiyyətli informasiya mənbəyi kimi qiymətləndirib:
“Hazırda AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər görülür”.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev yeni sistemin elektron elmin bir komponenti olduğunu diqqətə çatdırıb: “Elektron elm AMEA-nın institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq, onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur”.
E-elmin formalaşması istiqamətində görülən işlərdən danışan akademik R.Əliquliyev AMEA-da və digər elmi qurumlarda fəaliyyət göstərən mütəxəssisləri dünya və Azərbaycan alimləri haqqında informasiya ilə təmin etmək üçün Rəyasət Heyətində quraşdırılmış İnteraktiv İnformasiya Sisteminin virtual məkanın aktiv elementi olduğunu söyləyib.
İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova “Wi-Fi” vasitəsilə internetə qoşulmuş qurğuda İnteraktiv İnformasiya Sisteminin iş prinsipini əyani olaraq nümayiş etdirib: “Sistem 4 bölmədən ibarətdir.
Bölmələrdə AMEA-nın təsisçiləri və prezidentləri, 1901-ci ildən 2014-cü ilədək Nobel mükafatına layiq görülmüş 900-ə yaxın laureat haqqında ensiklopedik informasiya öz əksini tapıb. Nobel mükafatı laureatlarına həsr olunmuş bölmədə illər, ölkələr və sahələr üzrə kateqoriyalar, həmçinin laureatlar haqqında ətraflı məlumat almaq üçün istinadlar yerləşdirilib.
“AMEA haqqında informasiya sistemi” bölməsindən isə ümumi məlumat əldə etmək mümkündür. İnteraktiv İnformasiya Sistemi açıq sistemdir və buraya daim yeni məlumatların daxil edilməsi mümkündür”.
Sonda akademik Akif Əlizadə AMEA-da aparılan islahatlar, yeniliklər, o cümlədən magistr hazırlığının təşkili ilə bağlı informasiyanın da bu sistemə əlavə olunmasını tövsiyə edib. E-elmin formalaşması istiqamətində bu kimi innovativ layihələrin həyata keçirilməsi və təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.
Həqiqət İSABALAYEVA
Azərbaycan alimləri haqqında İnteraktiv İnformasiya Sistemi hazırlanıb
Bu gün aparıcı ölkələrin iqtisadi inkişafı texnoloji nailiyyətlərə əsaslanır, bu uğurların qazanılmasında informasiya-kommunikasiya texnologiyaları (İKT) əhəmiyyətli rol oynayır.Azərbaycanda biliklər iqtisadiyyatının bərqərar olmasında İKT sahəsində böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnmək zəruridir. Hazırda respublikamızda informasiya və bilik bazasının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən İnteraktiv İnformasiya Sisteminin hazırlanması da bu istiqamətdə görülən mühüm işlərdəndir. AMEA Rəyasət Heyətində AMEA-nın təsisçiləri, prezidentləri, Nobel mükafatı laureatları və AMEA-nın fəaliyyəti ilə bağlı məlumatlar haqqında İnteraktiv İnformasiya Sisteminin təqdimatı keçirilib. Akademiyadan bildirilib ki, sistem ilə yaxından tanış olan AMEA prezidenti, akademik Akif Əlizadə İnteraktiv İnformasiya Sistemini olduqca əhəmiyyətli informasiya mənbəyi kimi qiymətləndirib:
“Hazırda AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər görülür”.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev yeni sistemin elektron elmin bir komponenti olduğunu diqqətə çatdırıb: “Elektron elm AMEA-nın institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq, onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur”.
E-elmin formalaşması istiqamətində görülən işlərdən danışan akademik R.Əliquliyev AMEA-da və digər elmi qurumlarda fəaliyyət göstərən mütəxəssisləri dünya və Azərbaycan alimləri haqqında informasiya ilə təmin etmək üçün Rəyasət Heyətində quraşdırılmış İnteraktiv İnformasiya Sisteminin virtual məkanın aktiv elementi olduğunu söyləyib.
İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova “Wi-Fi” vasitəsilə internetə qoşulmuş qurğuda İnteraktiv İnformasiya Sisteminin iş prinsipini əyani olaraq nümayiş etdirib: “Sistem 4 bölmədən ibarətdir.
Bölmələrdə AMEA-nın təsisçiləri və prezidentləri, 1901-ci ildən 2014-cü ilədək Nobel mükafatına layiq görülmüş 900-ə yaxın laureat haqqında ensiklopedik informasiya öz əksini tapıb. Nobel mükafatı laureatlarına həsr olunmuş bölmədə illər, ölkələr və sahələr üzrə kateqoriyalar, həmçinin laureatlar haqqında ətraflı məlumat almaq üçün istinadlar yerləşdirilib.
“AMEA haqqında informasiya sistemi” bölməsindən isə ümumi məlumat əldə etmək mümkündür. İnteraktiv İnformasiya Sistemi açıq sistemdir və buraya daim yeni məlumatların daxil edilməsi mümkündür”.
Sonda akademik Akif Əlizadə AMEA-da aparılan islahatlar, yeniliklər, o cümlədən magistr hazırlığının təşkili ilə bağlı informasiyanın da bu sistemə əlavə olunmasını tövsiyə edib. E-elmin formalaşması istiqamətində bu kimi innovativ layihələrin həyata keçirilməsi və təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır