12px13px15px17px
Tarix:24/04/15

Belarus ilə Azərbaycanın İKT sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

Belarus ilə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yaxşı əməkdaşlıq perspektivləri var.

AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, bu fikri Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin müdiri Mirheydər İsmayılov İnformasiya cəmiyyəti texnologiyaları üzrə XXII Belarus konqresinin açılışında səsləndirib.

M.İsmayılov deyib ki, Belarus ilə Azərbaycan arasında dinamik inkişaf edən elmi-texniki tərəfdaşlıq İKT sahəsində birgə layihələrin həyata keçirilməsi üçün ölkələrimiz qarşısında açılan bitib-tükənməz imkanlardan və uzunmüddətli perspektivlərdən inamla danışmağa imkan verir. Onun sözlərinə görə, bu sahədə intensiv qarşılıqlı fəaliyyət ölkələrimizin potensialının güclənməsinə, habelə qabaqcıl texnologiya və innovasiyaların tətbiqinə yol açır.

Belarusun rabitə naziri Sergey Popkovun başçılığı ilə həmin nazirliyin nümayəndə heyətinin bu ilin martında Azərbaycana səfər etdiyini vurğulayan M.İsmayılov qeyd edib ki,  bu görüş çərçivəsində bir sıra sənədlər imzalanıb. "Elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnologiyalar parklarının yaradılması kimi əməkdaşlıq  istiqamətləri seçilib. Üçüncü Belarus-Azərbaycan biznes-forumunun keçirilməsi məsələsi də müzakirə edilib ki, bu da az əhəmiyyət daşımır, çünki informasiya-kommunikasiya texnologiyaları sahəsində ikinci Belarus-Azərbaycan biznes-forumu dövlətlərarası münasibətlərin daha da genişlənməsi platformasına çevrilib".

Məlumat üçün bildirək ki, 2015-ci il aprelin 22-dən 25-dək Minskdə telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə "TİBO-2015" XXII Beynəlxalq ixtisaslaşdırılmış forumu, o cümlədən "TİBO – 2015" XXII Beynəlxalq ixtisaslaşdırılmış sərgisi və informasiya cəmiyyəti texnologiyaları üzrə XXII Belarus konqresi keçirilir.

Sərgidə dünyanın 13 ölkəsindən 200-dən çox şirkət iştirak edir, 20 faizi xarici eksponentlər, təqribən 30 faizi isə yeni eksponentlərdir.

Onlar arasında Belarusun və xarici ölkələrin ən iri telekommunikasiya avadanlığı, kompyuter və proqram təminatı, təhlükəsizlik vasitələri və sistemləri istehsalçıları, çeşidli İKT-xidmət təchizatçıları var.




Baxış sayı: 427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 İyun 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si

04 06 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada