12px13px15px17px
Tarix:25/04/15

Daha bir bank elektron arayışa keçdi

“NBC bank”  kredit əməliyyatları prosesində elektron arayışların tətbiqinə başlayıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə “Elektron hökumət” portalına daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka göndərə bilər.
 
Qeyd edək ki, hazırda bu elektron xidmətdən “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Expressbank” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC, BOKT “İdeal Kredit” MMC və “Azərbaycan Lizinq  Şirkəti” MMC  istifadə edir.
 
CAHANGİR
 
 



Baxış sayı: 940

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024