12px13px15px17px
Tarix:27/04/15

“Ariane” raketdaşıyıcısının startı olub

Aprelin 26-da Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan “Ariane” raketdaşıyıcısı iki orbital aparatla start götürüb. “Arianespace” şirkətinin məlumatına görə, bu, “Ariane” ailəsinin 1979-cu ildən başlayaraq 222-ci buraxılışıdır.  
 
Birinci “THOR 7” peyki “SSL” (Space Systems/Loral) şirkəti tərəfindən Norveçin “Telenor Satellite Broadcasting” şirkəti üçün yaradılıb və Baltik, Norveç, Şimali, Qırmızı və Aralıq dənizlərində rabitənin təmini üçün nəzərdə tutulub. Peyk həmçinin Mərkəzi və Şərqi Avropaya televiziya və radioyayım xidmətlərinin göstərilməsini həyata keçirəcək.
 
“Thales Alenia Space” şirkəti tərəfindən yaradılan ikinci aparat - "SICRAL 2” hərbi peyki Fransa və İtaliya silahlı qüvvələrini telekommunikasiya rabitəsi ilə təmin edəcək, eləcə də NATO üçün ehtiyat rabitə qismində istifadə olunacaq. “THOR 7” raketdaşıyıcısından startdan sonra 28-ci dəqiqədə, "SICRAL 2” 34-cü dəqiqədə ayrılıb.
 
Bu start “Arianespace”in 2015-ci ildə həyata keçirdiyi üçüncü buraxılış olub.
 
Əsas rəqiblərinin "SpaceX” və “Roskosmos” şirkətlərinin olduğu “Arianespace” dünyanın süni Yerətrafı peyklərin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindən biridir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb, - "Lenta yazır.



Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024