Tarix:27/04/15
İclasda Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri, MDB məkanından 6 ölkənin 18 universitetinin nümayəndəsi, o cümlədən Azərbaycandan Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak edib. İSTAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən danışan ekspert V.Kolomiets belə bir şəbəkənin yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu layihəni dəstəklədiyini qeyd edib.
Bildirib ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün vahid təhsil məkanın yaradılmasının xüsusi əhəmiyyəti var və bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti, professor Andrey Kosilov bildirib ki, hazırda İAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür 3 şəbəkə mövcuddur və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər.
Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsi, strukturu və fəaliyyət mexanizmi müzakirə edilib.
Qərara alınıb ki, STAR NET-in Koordinasiya komitəsinin strukturunda hər ölkədən bir nümayəndə təmsil olunsun. Şəbəkənin prezidentinin, vitse-prezidentinin və katibliyinin səlahiyyətləri müzakirə olunub. STAR-NET şəbəkəsinin rəsmiləşməsi 2015-ci ilin sentyabrında Vyanada İAEA-nın toplantısında nəzərdə tutulub.
Görüşdə professor Məhəmmədəli Ramazanov Azərbaycanda nüvə sahəsində təhsilin yaradılması və idarə edilməsi istiqamətində konsorsimun və vahid platformasının yaradılması mövzusu ilə çıxış edərək bildirib ki, 2014-cü ilin 8 mayında prezident İlham Əliyevin sərəncamı ilə Nüvə Tədqiqatları Mərkəzi yaradılıb və gələcəkdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün bu mərkəz Atom Elektrik Stansiyasının yaradılması və istifadəsinə nail olacaq.
Orada çalışmaq üçün yüksək ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyətə malikdir və bu şəbəkənin işində BakıDövlət Universiteti fəal istrak edəcək.
Hazırda BDU-da təhsilin bakalavr səviyyəsində atom və nüvə fizikası fənnləri tədris edilir və magistr pilləsində isə Yüksək enerjilər fizikası ixtisaslaşması istiqamətində kadr hazırlığı aparılır.
Nüvə fizikası və Radiasiya materialşunaslığı istiqamətində isə yeni magistr ixtisaslaşmalar açılması məqsədi ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Həqiqət İSABALAYEVA
Beynəlxalq Atom Enerjisi Agentliyinin iclasında Azərbaycanın Nüvə Tədqiqatları Mərkəzi haqda məlumat verilib
Minsk şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin STAR-NET(Regional Network for Nuclear Education and Training in Nuclear Technology) yaradılması ilə bağlı məsləhət seminarının iclası keçirilib.İclasda Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri, MDB məkanından 6 ölkənin 18 universitetinin nümayəndəsi, o cümlədən Azərbaycandan Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak edib. İSTAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən danışan ekspert V.Kolomiets belə bir şəbəkənin yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu layihəni dəstəklədiyini qeyd edib.
Bildirib ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün vahid təhsil məkanın yaradılmasının xüsusi əhəmiyyəti var və bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti, professor Andrey Kosilov bildirib ki, hazırda İAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür 3 şəbəkə mövcuddur və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər.
Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsi, strukturu və fəaliyyət mexanizmi müzakirə edilib.
Qərara alınıb ki, STAR NET-in Koordinasiya komitəsinin strukturunda hər ölkədən bir nümayəndə təmsil olunsun. Şəbəkənin prezidentinin, vitse-prezidentinin və katibliyinin səlahiyyətləri müzakirə olunub. STAR-NET şəbəkəsinin rəsmiləşməsi 2015-ci ilin sentyabrında Vyanada İAEA-nın toplantısında nəzərdə tutulub.
Görüşdə professor Məhəmmədəli Ramazanov Azərbaycanda nüvə sahəsində təhsilin yaradılması və idarə edilməsi istiqamətində konsorsimun və vahid platformasının yaradılması mövzusu ilə çıxış edərək bildirib ki, 2014-cü ilin 8 mayında prezident İlham Əliyevin sərəncamı ilə Nüvə Tədqiqatları Mərkəzi yaradılıb və gələcəkdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün bu mərkəz Atom Elektrik Stansiyasının yaradılması və istifadəsinə nail olacaq.
Orada çalışmaq üçün yüksək ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyətə malikdir və bu şəbəkənin işində BakıDövlət Universiteti fəal istrak edəcək.
Hazırda BDU-da təhsilin bakalavr səviyyəsində atom və nüvə fizikası fənnləri tədris edilir və magistr pilləsində isə Yüksək enerjilər fizikası ixtisaslaşması istiqamətində kadr hazırlığı aparılır.
Nüvə fizikası və Radiasiya materialşunaslığı istiqamətində isə yeni magistr ixtisaslaşmalar açılması məqsədi ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır