Tarix:27/04/15
Proqnozlaşdırılan rüblük artım "Apple" noutbuk və xrombuklarının tədarükünün artması sayəsində mümkün olacaq. "Digitimes Research"in qiymətləndirməsinə görə, bu rübdə "MacBook" kompüterlərinin tədarükü 2015-ci ilin yanvar-martı ilə müqayisədə 40 faiz, 2014-cü ilin müvafiq dövrünə nisbətdə 50 faiz yüksələcək. "Chrome OS" əməliyyat sistemli noutbukların tədarükü isə rüblük və illik hesablamada müvafiq olaraq 60 və 55 faiz təşkil edəcək.
Proqnozda o da deyilir ki, "Apple" kompüterləri və xrombukları nəzərə alınmadan aprel-iyunda dünyada noutbukların tədarükü birinci rüblə müqayisədə 5 faiz artacaq, ötən ilin müvafiq dövrünə nisbətdə 8,7 faiz azalacaq.
Ekspertlər "Apple" şirkətinin uğurunu cari ilin martında buraxılan 12 düymlük "MacBook" noutbukları ilə izah edirlər. Lakin tədqiqatda bu modellə bağlı konkret qiymətləndirmə göstərilmir. Yalnız "Apple"ın hazırkı rübdə ümumilikdə 5 milyon noutbuk tədarük edəcəyi və rəqibi "Dell" şirkəti ilə dünyada üçüncü ən böyük noutbuk istehsalçısı adı uğrunda mübarizə aparacağı qeyd olunur, - "DailyComm" yazır.
Dünya noutbuklar bazarında artım qeydə alınacaq
"Digitimes Research" analitik şirkəti dünya noutbuklar bazarında dinamikanın yaxşılaşmasını proqnozlaşdırır. 2015-ci ilin aprel-iyununda noutbukların tədarük həcminin yanvar-martla müqayisədə 11 faiz artacağı gözlənilir. İllik ifadədə tədarük cüzi azalacaq. Belə ki, cari ilin birinci rübündə ekspertlər tərəfindən 4,7 faiz azalma qeydə alınmışdısa, ikinci rübdə azalma tempi 1,2 faiz aşağı düşəcək.Proqnozlaşdırılan rüblük artım "Apple" noutbuk və xrombuklarının tədarükünün artması sayəsində mümkün olacaq. "Digitimes Research"in qiymətləndirməsinə görə, bu rübdə "MacBook" kompüterlərinin tədarükü 2015-ci ilin yanvar-martı ilə müqayisədə 40 faiz, 2014-cü ilin müvafiq dövrünə nisbətdə 50 faiz yüksələcək. "Chrome OS" əməliyyat sistemli noutbukların tədarükü isə rüblük və illik hesablamada müvafiq olaraq 60 və 55 faiz təşkil edəcək.
Proqnozda o da deyilir ki, "Apple" kompüterləri və xrombukları nəzərə alınmadan aprel-iyunda dünyada noutbukların tədarükü birinci rüblə müqayisədə 5 faiz artacaq, ötən ilin müvafiq dövrünə nisbətdə 8,7 faiz azalacaq.
Ekspertlər "Apple" şirkətinin uğurunu cari ilin martında buraxılan 12 düymlük "MacBook" noutbukları ilə izah edirlər. Lakin tədqiqatda bu modellə bağlı konkret qiymətləndirmə göstərilmir. Yalnız "Apple"ın hazırkı rübdə ümumilikdə 5 milyon noutbuk tədarük edəcəyi və rəqibi "Dell" şirkəti ilə dünyada üçüncü ən böyük noutbuk istehsalçısı adı uğrunda mübarizə aparacağı qeyd olunur, - "DailyComm" yazır.
Baxış sayı: 570
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır