12px13px15px17px
Tarix:28/04/15

Yerli operator yeni İP TV xidmətlərinin tətbiqinə başlayıb

"Ailə TV" kabelsiz və antenasız, yeni İP TV xidmətini təqdim edir.
 
 
"Caspian Telecom"-un Mətbuat xidmətindən qeyd edilib ki, qoşulmaq üçün internet və "Ailə TV Player" kifayətdir.
 
 Minimum 2 Mbit/s internetlə "Ailə TV Player"-i televizora qoşub, 200-dən çox TV kanal izləmək mümkündür. Bu TV kanalların bir çoxu üçün, 7 günlük arxivlə təkrar izləmə funksiyası mövcuddur. "Ailə TV Player"-lə abunəçilər TV kanalları hər yerdə izləyə bilər. "Ailə TV Player"-i televizora qoşmaqla əslində istənilən televizoru "Smart TV" funksiyaları ilə təmin etmək olar.
 
İstənilən televizorda internetdən istifadə etmək, "Android" tətbiqlərdən faydalanmaq indi gerçəkdir. Sözügedən "player"-i bütün "Ailə TV" filiallarından əldə etmək mümkündür: "Yaxın vaxtlarda bütün iri elektronika mağazaları və supermarketlərində də "Ailə TV" satış nöqtələri açılacaq".
 
 
Satış qiyməti 50 AZN olan "Ailə TV Player"-lə abunəçilər ilk bir ay 200-dək TV kanalı pulsuz izləyəcəklər. Abunəni uzatmaq üçün "Ailə" və ya "Ailə+" paketlərindən birini seçmək kifayətdir. "Ailə" paketi 100 TV kanaldan ibarətdir və aylıq 9 AZN təşkil edir. "Ailə+" paketi isə daha genişdir, əlavə 98 TV kanal və 15 AZN aylıq abunə haqqıdır.
 
Abunə haqlarını "MilliÖn" terminalları, "Ailə TV" filialları, poçt, bank və ya "aile.tv", "goldenpay.az", "hesab.az" saytlarında keçirmək mümkündür.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024