Tarix:08/09/11
Məlumat üçün qeyd edək ki, keçən il tərəflər bir-birini portativ qurğularda hüquqları qorunan məhsulların qeyri-qanuni istifadəsində ittiham ediblər.
“Apple” hesab edir ki, “HTC” şirkəti icazəsiz olaraq öz smartfonlarında proqram arxitekturasına və istifadəçi interfeysinin təşkili vasitələrinə aid olan texnologiyanı, sensor ekran, hərəkət tənzimləyicisini və s-ni tətbiq edir.
“Apple” şirkəti isə “Wi-Fi” simsiz əlaqəsinə aid olan patentləri pozur. Keçən həftə “HTC” şirkəti “Google”-un 9 patentinə hüquq əldə edib.
Həmin patentləri axtarış nəhəngi 1 il əvvəl “Motorola”, “Openwave Systems” və “Palm” şirkətlərindən alıb. İndi bu patentlər yeni məhkəmə təhqiqatı üçün səbəb olub.
Delavera dairə məhkəməsinə ünvanlanmış iddiada “HTC” iddia edir ki, “Apple” şirkəti “Mac” kompyuterləri, “iPhone” smartfonları, “iPod” pleyerləri, “iPad” planşetləri, “iCloud” xidmətində və s-də həmin alınmış patentlərin 4-dən qeyri-qanuni istifadə edir.
“HTC” şirkəti, eyni zamanda, ABŞ Beynəlxalq Ticarət Komissiyasına (İTC) şikayət ünvanlayıb. İddiaçı vurulmuş zərərə görə cavabdehin pul kompensasiyası ödəməsinə nail olmaq və “Apple” məhsullarının ABŞ-a idxalına qadağa qoyulması niyyətindədir.
“HTC” şirkəti “Apple” ilə məhkəmə təhqiqatında “Google” şirkətinin patentlərindən istifadə edir
“Apple” və “HTC” şirkətləri arasında patent münaqişəsi yeni mərhələyə qədəm qoyub: smartfonların Tayvan istehsalçısı rəqibi yenidən intellektual mülkiyyət oğurluğunda ittiham edərək ABŞ-da daha bir məhkəmə təhqiqatına təşəbbüs göstərib.“Apple” hesab edir ki, “HTC” şirkəti icazəsiz olaraq öz smartfonlarında proqram arxitekturasına və istifadəçi interfeysinin təşkili vasitələrinə aid olan texnologiyanı, sensor ekran, hərəkət tənzimləyicisini və s-ni tətbiq edir.
“Apple” şirkəti isə “Wi-Fi” simsiz əlaqəsinə aid olan patentləri pozur. Keçən həftə “HTC” şirkəti “Google”-un 9 patentinə hüquq əldə edib.
Həmin patentləri axtarış nəhəngi 1 il əvvəl “Motorola”, “Openwave Systems” və “Palm” şirkətlərindən alıb. İndi bu patentlər yeni məhkəmə təhqiqatı üçün səbəb olub.
Delavera dairə məhkəməsinə ünvanlanmış iddiada “HTC” iddia edir ki, “Apple” şirkəti “Mac” kompyuterləri, “iPhone” smartfonları, “iPod” pleyerləri, “iPad” planşetləri, “iCloud” xidmətində və s-də həmin alınmış patentlərin 4-dən qeyri-qanuni istifadə edir.
“HTC” şirkəti, eyni zamanda, ABŞ Beynəlxalq Ticarət Komissiyasına (İTC) şikayət ünvanlayıb. İddiaçı vurulmuş zərərə görə cavabdehin pul kompensasiyası ödəməsinə nail olmaq və “Apple” məhsullarının ABŞ-a idxalına qadağa qoyulması niyyətindədir.
Baxış sayı: 1054
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır