12px13px15px17px
Tarix:29/04/15

“Google” Avropada mətbuatın inkişafına 150 milyon avro ayıracaq

"Financial Times" nəşri yazır ki, Avropanın 8 qəzeti internetdə öz fəaliyyətini yaxşılaşdırmaq üçün "Google" şirkəti ilə ittifaqa daxil olub. ABŞ şirkəti internet KİV layihələrinin inkişafına yalnız məsləhətlərlə kömək  deyil, həm də 150 milyon avro ayıracaq.
 
 
"ICTnews" elektron xəbər xidməti "siliconrus.com" saytına istinadən bildirir ki, "Financial Times", Britaniyanın "Guardian", İspaniyanın "El Pais", Almaniyanın "Die Zeit" və başqa nəşrlər internet nəhəngi ilə ittifaqa daxil olublar. İT nəhəngi üç il ərzində yuxarıda sadalanan nəşrlərə öz  layihələrinin inkişafı üçün qrantlar ayıracaq, həmçinin jurnalistlərin internetdəki fəaliyyəti üzrə təlimlər keçirəcək.
 
"Google"un Avropada strateji inkişaf direktoru Karla D'Asaro Bondo "FT" nəşrinə müsahibəsində deyib ki, şirkət Avropa KİV-nin tənqidinə hədəf gələn "Google News" xidmətinin iş strategiyasını dəyişdirə bilər. "Mən mətbuat üçün daha yaxşı olanı etmək istəyirəm və bilirəm ki, biz bunu edə bilərik" – o deyib.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024