Tarix:29/04/15
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "HP Software" şirkətinin MDB ölkələri üzrə departamentinin müdiri Anton Etçik bildirib ki, şirkətin təqdim etdiyi effektiv kompleks həllər biznesin inkişafına müsbət təsir göstərir.
"Bizim platformalar İT infrastrukturun informasiya təhlükəsizliyini və İT idarəetmənin effektivliyini təmin etmək üçün ən yaxşı seçim ola bilər. Son zamanlar artıq lisenziyalı proqram təminatlarının tətbiqinə və müəllif hüquqlarının qorunmasına diqqət artır və biz bunu nəzərə alaraq yerli bazara təqdim etdiyimiz bütün məhsullarımızın müvafiq yerli informasiya təhlükəsizliyi qurumlarında sertifikasiyadan keçirməyə hazırıq", - deyə o qeyd edib.
"HP Software" şirkətinin Rusiya və MDB ölkələri üzrə texniki məsləhətçisi Aleksey Qrabko çıxışında bildirib ki, müəssisələrin təqdim etdiyi biznes servislərlə bağlı problemlərin çoxunun aradan qaldırılması monitorinqin keçirilməsi yolu ilə həll edilə bilər.
"Biznes servislərlə bağlı yaranan problemləri üçün şirkətin serverlərinin və əlavələrinin kompleks monitorinqi tələb olunur, bunu həyata keçirmək üçün "HP Operation Manager" həllindən istifadə etmək yetərlidir. Araşdırmalara əsasən, 43% hallarda biznes servislərin göstərilməsində problemin mövcudluğu son istifadəçilərdən öyrənilir və bu nasazlıqların 80%-i servislərin konfiqurasiyalarının dəyişməsi ilə bağlı olur. Bundan başqa "HP"-nin mobil istifadəçilərin aktivliyinin monitorinqi üzrə və bir sıra digər həlləri var ki, onlarsız müasir biznes servislərin monitorinqini təsəvvür etmək mümkün deyil", - deyə o qeyd edib.
İştirakçılara həmçinin, "Keyfiyyətli testləşdirmə - əsas biznes servislərin və əlavələrin etibarlı işinin zəmanətçisi kimi. "Application Delivery Management" mövzularında məruzələr təqdim edilib.
Aynur Vəliyeva
HP şirkəti Azərbaycana tədarük etdiyi məhsullarını yerli informasiya təhlükəsizliyi qurumlarında sertifikasiyadan keçirməyə hazırdı
Bu gün Bakıda "HP Software" şirkəti tərəfindən "HP Software Innovation Tour" seminarı keçirilib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "HP Software" şirkətinin MDB ölkələri üzrə departamentinin müdiri Anton Etçik bildirib ki, şirkətin təqdim etdiyi effektiv kompleks həllər biznesin inkişafına müsbət təsir göstərir.
"Bizim platformalar İT infrastrukturun informasiya təhlükəsizliyini və İT idarəetmənin effektivliyini təmin etmək üçün ən yaxşı seçim ola bilər. Son zamanlar artıq lisenziyalı proqram təminatlarının tətbiqinə və müəllif hüquqlarının qorunmasına diqqət artır və biz bunu nəzərə alaraq yerli bazara təqdim etdiyimiz bütün məhsullarımızın müvafiq yerli informasiya təhlükəsizliyi qurumlarında sertifikasiyadan keçirməyə hazırıq", - deyə o qeyd edib.
"HP Software" şirkətinin Rusiya və MDB ölkələri üzrə texniki məsləhətçisi Aleksey Qrabko çıxışında bildirib ki, müəssisələrin təqdim etdiyi biznes servislərlə bağlı problemlərin çoxunun aradan qaldırılması monitorinqin keçirilməsi yolu ilə həll edilə bilər.
"Biznes servislərlə bağlı yaranan problemləri üçün şirkətin serverlərinin və əlavələrinin kompleks monitorinqi tələb olunur, bunu həyata keçirmək üçün "HP Operation Manager" həllindən istifadə etmək yetərlidir. Araşdırmalara əsasən, 43% hallarda biznes servislərin göstərilməsində problemin mövcudluğu son istifadəçilərdən öyrənilir və bu nasazlıqların 80%-i servislərin konfiqurasiyalarının dəyişməsi ilə bağlı olur. Bundan başqa "HP"-nin mobil istifadəçilərin aktivliyinin monitorinqi üzrə və bir sıra digər həlləri var ki, onlarsız müasir biznes servislərin monitorinqini təsəvvür etmək mümkün deyil", - deyə o qeyd edib.
İştirakçılara həmçinin, "Keyfiyyətli testləşdirmə - əsas biznes servislərin və əlavələrin etibarlı işinin zəmanətçisi kimi. "Application Delivery Management" mövzularında məruzələr təqdim edilib.
Aynur Vəliyeva
Baxış sayı: 849
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır