Tarix:29/04/15
Bu sayın 345 milyonunu smartfonlar təşkil edib. Beləliklə, ötən rübdə buraxılan hər onuncu mobil telefondan səkkizi smartfonlar sinfinə aid olub.
İstehsalçılar arasında ən yaxşı dinamikanı Çin və ABŞ-da "iPhone 6” modelinə yüksək tələbat fonunda illik ifadədə bazar payı 11 faizdən 14 faizədək artan “Apple” şirkəti nümayiş etdirib. Cari ilin yanvar-martında dünyada 61,2 milyon “Apple” aparatı tədarük edilib ki, bu da bir il əvvəlki göstəricidən 40 faiz çoxdur.
Tədarükün 12 faiz azalmasına baxmayaraq “Samsung” mobil telefonlar bazarında liderliyini qoruya bilib. Ötən rübdə Cənubi Koreya şirkəti 99 milyon mobil telefon tədarük edib. Bir il əvvəl bu göstərici 113 milyona bərabər olub. Bunu nəzərə alaraq şirkətin payı 27,4 faizdən 22,2 faizədək azalıb.
Liderlər üçlüyünü 2014-cü ildə “Nokia” şirkətinin mobil biznesini satın alan “Microsoft” korporasiyası tamamlayır. ABŞ korporasiyası 33,7 milyon mobil telefon istehsal edib ki, bu da ötən il buraxılan 47 milyon qurğudan 28 faiz azdır. “Microsoft”un payı 11,4 faizdən 7,6 faizədək azalıb ki, bu da "Strategy Analytics”in apardığı müşahidə tarixində ən aşağı nəticədir. Azalmaya "feature phone" sinfindən olan qurğuların tədarükünün aşağı düşməsi, eləcə də yeni “Windows 10” əməliyyat sisteminin çıxması ərəfəsində "Lumia” smartfonlarına tələbatın azalması səbəb olub, - "DailyComm” yazır.
Dünya mobil telefonlar bazarında müsbət dinamika saxlanılır
“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünya mobil telefonlar bazarının həcmi 8 faiz artaraq 445 milyon qurğuya çatıb.Bu sayın 345 milyonunu smartfonlar təşkil edib. Beləliklə, ötən rübdə buraxılan hər onuncu mobil telefondan səkkizi smartfonlar sinfinə aid olub.
İstehsalçılar arasında ən yaxşı dinamikanı Çin və ABŞ-da "iPhone 6” modelinə yüksək tələbat fonunda illik ifadədə bazar payı 11 faizdən 14 faizədək artan “Apple” şirkəti nümayiş etdirib. Cari ilin yanvar-martında dünyada 61,2 milyon “Apple” aparatı tədarük edilib ki, bu da bir il əvvəlki göstəricidən 40 faiz çoxdur.
Tədarükün 12 faiz azalmasına baxmayaraq “Samsung” mobil telefonlar bazarında liderliyini qoruya bilib. Ötən rübdə Cənubi Koreya şirkəti 99 milyon mobil telefon tədarük edib. Bir il əvvəl bu göstərici 113 milyona bərabər olub. Bunu nəzərə alaraq şirkətin payı 27,4 faizdən 22,2 faizədək azalıb.
Liderlər üçlüyünü 2014-cü ildə “Nokia” şirkətinin mobil biznesini satın alan “Microsoft” korporasiyası tamamlayır. ABŞ korporasiyası 33,7 milyon mobil telefon istehsal edib ki, bu da ötən il buraxılan 47 milyon qurğudan 28 faiz azdır. “Microsoft”un payı 11,4 faizdən 7,6 faizədək azalıb ki, bu da "Strategy Analytics”in apardığı müşahidə tarixində ən aşağı nəticədir. Azalmaya "feature phone" sinfindən olan qurğuların tədarükünün aşağı düşməsi, eləcə də yeni “Windows 10” əməliyyat sisteminin çıxması ərəfəsində "Lumia” smartfonlarına tələbatın azalması səbəb olub, - "DailyComm” yazır.
Baxış sayı: 665
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib