12px13px15px17px
Tarix:30/04/15

“Ernst & Young” və “Microsoft” biznes əməkdaşlığına başlayır

 “Ernst & Young” konsaltinq şirkəti (EY) rəqəmsal texnologiyalar dövrünün imkanlarından yararlanaraq dünyadakı şirkətlərə yeni və innovativ xidmətlər təklif etmək məqsədilə “Microsoft” Korporasiyası ilə qarşılıqlı strateji biznes əməkdaşlığına başlayıb.
 
Əməkdaşlıq çərçivəsində “Microsoft” tərəfindən EY-a təklif olunacaq xidmətlərə analitika, kibertəhlükəsizlik, şirkətin rəqəmsal strategiyası, rəqəmsal və inkişaf edən texnologiyaların istifadəsi, müştəri xidmətləri və proqram menecmenti təcrübəsinin “Microsoft”un bulud və məlumat platformalarından yararlanması daxildir.
 
 
”EY və “Microsoft”un birgə fəaliyyətindən faydalanaraq şirkətlər yüksək rəqəmsal texnologiyalarla təchiz olunmuş müəssisənin fəaliyyətinin təşkilini sürətləndirə və illər ərzində proqram təminatına edilən yatırımları optimallaşdıra bilərlər.
 
Təklif olunan imkanlar daha analitik, avtomatlaşdırılmış, bulud texnologiyalarına əsaslanan iş mühitinə keçməklə şirkətlərə investisiyaların effektivliyini artırmağa yardım edir”, - deyərək EY-ın qlobal icraiyyə komitəsinin rəhbəri və icraçı direktoru Mark Vaynberqer bildirib.
 EY və “Microsoft” arasındakı qarşılıqlı əməkdaşlığın başlıca hədəfləri aşağıdakılardır:
 
 
  • Biznes xidmətlərinin “Microsoft” texnologiyaları və EY-in biznes, həmçinin qabaqcıl proqram menecmenti təcrübəsindən yararlanaraq birgə təqdim olunması
 
  • “Microsoft” texnologiyaları və EY təcrübəsi vasitəsilə müxtəlif sektorlarda kibertəhlükəsizliyin təkmilləşdirilməsi
 
 
  • EY-ın “Microsoft Cosulting Services” ilə birgə fəaliyyətinə əsasən “Microsoft Azure” üzərində müxtəlif korporativ məhsulların quraşdırılması
 
  • “Azure” əsasında yaradılmış tətbiqlərdən yararlanaraq müştərilərin hazırda istifadə etdikləri əməliyyatların proqram təminatı və məlumatlarından qısa zaman ərzində bəhrələnməsi
 
 
  • Qabaqcıl texniki menecment tətbiqləri əsasında innovativ imkanların yaradılması və müştərilərin “əşyaların interneti”ndən biznes məqsədilə faydalanmasının təşkili
 
EY-in konsaltinq xidmətlərinin “Microsoft”un güvənli bulud texnologiya imkanları ilə birgə təqdim olunması müştərilərə analitik ideyaların reallaşdırılması, əhəmiyyətli biznes nəticələrin əldə edilməsi və şirkət fəaliyyətinin səmərəli təşkilinin sürətləndirilməsi istiqamətində yardımçı olacaq. Bizim birgə fəaliyyətimiz müştərilərə investisiyalardan qısa müddət ərzində, tam faydalanmağa və texnologiyalardan strateji məqsədlər üçün yararlanmağa imkan verəcək”, - deyə “Microsoft”un əməliyyatlar üzrə direktoru Kevin Törner bildirib.
 
 
EY-in “Microsoft” texnologiyaları əsasında təklif etdiyi xidmətlər dörd əsas istiqaməti özündə birləşdirir:
 
“Program Performance Center” (“Microsoft”un “Azure”, “SQL Server”, “Project Server” və “Power BI” korporativ həllərinin EY-in proqram menecmenti, məlumatların saxlanması və analiz üzrə protokolları ilə sıx inteqrasiyası), “Trusted Cloud” (“Azure” və “Office 365” xidmətlərini özündə birləşdirən “Microsoft” bulud texnologiyalarının biznes fəaliyyətində istifadəsinin kibertəhlükəsizliyi), “3D Spend Analytics” (korporativ xərclərin optimallaşdırılması üçün analitik xidmət), “Digital Program Activation” (iş prosesinə rəqəmsal texnologiyaların tətbiqi).


”Microsoft”un ən iri müştərilərindən və biznes xidmətləri təchizatçılarından biri olan EY şirkəti “Microsoft” texnologiyaları və xidmətlərinin biznes fəaliyyətində olan rolunu nümayiş etdirmək üçün əla fürsət təqdim edir. İki şirkət arasındakı əməkdaşlığın intensivləşməsinin nəticəsi olaraq EY və “Microsoft” tərəfindən biznes üçün nəzərdə tutulmuş və müştərilərə potensiallarını reallaşdırmaqda yardımçı olacaq bir sıra texnoloji təkliflərin hazırlanması gözlənilir", - deyə EY-in müştəri xidmətləri üzrə icraçı partnyoru Karmin di Sibio (Carmine di Sibio) bildirib.


EY və “Microsoft”un qarşılıqlı əməkdaşlığı çərçivəsində sənaye üçün nəzərdə tutulan rəqəmsal texnoloji xidmətlər portfelinin genişləndirilməsi planlaşdırılır ki, bu da hər iki şirkətin bazarda davamlı ortaq iştirakının və dünya üzrə müştərilərin xalis mənfəətinə göstərdiyi təsirin nəticəsidir.



Baxış sayı: 1176

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024