Tarix:30/04/15
Analitiklərin qiymətləndirməsinə görə, planşet istehsalçıları aprel-iyunda ümumilikdə 49,3 milyon planşet tədarük edəcək.
Qeyd olunan həcmdə “Apple” şirkətinin payı 9,8 milyon qurğu təşkil edəcək. İllik hesablamada “iPad” planşetinin tədarükü 30 faiz azalacaq.
Eyni zamanda “white-box” sxemi üzrə işləyən və firma markası bilinməyən məhsullar buraxan istehsalçılar 20 milyon planşet tədarük edərək “Apple” və digər brend istehsalçılardan daha yaxşı dinamika nümayiş etdiriblər.
Brend istehsalçılar barədə danışan analitiklər əlavə ediblər ki, onların planşet qurğularının tədarük həcmi 19 milyon ədəd səviyyəsində gözlənilir. Mütəxəssislər “Samsung” şirkətinin bazarda gələcəkdə daha da möhkəmlənəcəyini və bazarın lideri “Apple”dan geriliyi azaldacağını proqnozlaşdırırlar.
“Digitimes Research” ekspertləri həmçinin 2015-ci ilin yanvar-martında dünya planşetlər bazarında tədarükün xeyli azalmasını bildiriblər. Qeyd olun müddətdə 49,08 milyon qurğu tədarük edilib ki, bu da ötən rübdən və bir il əvvəldən müvafiq olaraq 35,3 və 15,3 faiz azdır. Bu həcmə 12 milyon “iPad”, digər brend istehsalçıların 19,1 milyon planşeti, eləcə də "white-box” kateqoriyasından olan 18 milyon qurğu daxildir, - "DailyComm” yazır.
Dünya planşetlər bazarında azalma davam edəcək
"Digitimes Research” analitik şirkətinin proqnozuna görə, 2015-ci ilin ikinci rübündə dünyada planşet kompüterlərin tədarük həcmi əvvəlki rübdəki kimi eyni səviyyədə olsa da, bir il əvvəlki göstərici ilə müqayisədə təxminən 10 faiz azalacaq.Analitiklərin qiymətləndirməsinə görə, planşet istehsalçıları aprel-iyunda ümumilikdə 49,3 milyon planşet tədarük edəcək.
Qeyd olunan həcmdə “Apple” şirkətinin payı 9,8 milyon qurğu təşkil edəcək. İllik hesablamada “iPad” planşetinin tədarükü 30 faiz azalacaq.
Eyni zamanda “white-box” sxemi üzrə işləyən və firma markası bilinməyən məhsullar buraxan istehsalçılar 20 milyon planşet tədarük edərək “Apple” və digər brend istehsalçılardan daha yaxşı dinamika nümayiş etdiriblər.
Brend istehsalçılar barədə danışan analitiklər əlavə ediblər ki, onların planşet qurğularının tədarük həcmi 19 milyon ədəd səviyyəsində gözlənilir. Mütəxəssislər “Samsung” şirkətinin bazarda gələcəkdə daha da möhkəmlənəcəyini və bazarın lideri “Apple”dan geriliyi azaldacağını proqnozlaşdırırlar.
“Digitimes Research” ekspertləri həmçinin 2015-ci ilin yanvar-martında dünya planşetlər bazarında tədarükün xeyli azalmasını bildiriblər. Qeyd olun müddətdə 49,08 milyon qurğu tədarük edilib ki, bu da ötən rübdən və bir il əvvəldən müvafiq olaraq 35,3 və 15,3 faiz azdır. Bu həcmə 12 milyon “iPad”, digər brend istehsalçıların 19,1 milyon planşeti, eləcə də "white-box” kateqoriyasından olan 18 milyon qurğu daxildir, - "DailyComm” yazır.
Baxış sayı: 1159
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır