12px13px15px17px
Tarix:01/05/15

Artıq hər bir vətəndaş elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya bilər


Milli Sertifikat Xidmətləri Mərkəzi daha bir yeniliyə imza atdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəsinin Milli Sertifikat Xidmətləri Mərkəzi  elektron imza kartlarından istifadə edərək  mobil imza həllərinin tətbiqinə başlayıb. Artıq hər bir vətəndaş elektron imza kartından istifadə edərək mobil smartfonlar üzərindən elektron sənəd imzalaya və Elektron hökumət portalına  elektron imza ilə autentifikasiyadan keçərək daxil ola biləcəklər.

 

Hazırlanmış proqram təminatı vasitəsilə elektron sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin imza sertifikatları ilə hər bir sənədə imza edilən zaman yoxlama imkanı mövcuddur. Proqram təminatı 3 dildə fəaliyyət göstərir.
 

İstifadəçiyə imzaladığı sənədlərin siyahısnı proqram təminatı vasitəsilə idarə etmək imkanı yaradılmışdır. Eyni zamanda mobil cihazların texniki imkanlarından (Bluetooth, WIFI, Email və s.) istifadə edərək istifadəçilər imzalanmiş elektron sənədləri istədikləri yerə göndərmə imkanına malik olacaqlar. 

Təqdim edilən  mobil imza proqram təminatı Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulub.

Hazırda İOS əməliyyat sistemində istifadə üçün işlər aparılır.





Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024