Tarix:02/05/15
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirin açılışında nazir Əli Abbasov BTİ-nin Qızıl Tərəfdaşı olan ölkənin rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edərək Azərbaycanın təşkilatla uzun illər ərzində səmərəli əməkdaşlığından bəhs edəcək.
Qeyd edək ki, BTİ-nin 150 illiyi ilə bağlı bu il ərzində təşkilata üzv olan ölkələrdə hər ay bir mövzuya həsr olunmuş tədbirlər keçiriləcək. Bu silsilədə may ayı "İKT-də innovasiyaların aparıcı rolu"na həsr olunur və bununla bağlı mayın 12-22-də BTİ-nin Rəhbərlər Şurasının görüşü çərçivəsində tədbirlər keçiriləcək.
Eyni zamanda, Əlcəzairdə, Banqladeşdə, Belarusda, Hindistanda, Moldovada, Namibiyada, Niderlandda, Pakistanda, İspaniyada, Ukraynada və digər ölkələrdə bu mövzuda tədbirlər təşkil olunacaq. Azərbaycanda isə aprel ayında "Qadınların İKT-də rolu" mövzusunda konfransbaş tutub.
Yubiley tədbiri çərçivəsində İKT sahəsində fəaliyyət göstərən bır sıra yüksəksəviyyəli alimlərin, rəhbər işçilərin, şirkət və təşkilat rəhbərliklərinin çıxışları gözlənilir.
Aynur Vəliyeva
Azərbaycan BTİ-nin 150 illiyinə həsr olunmuş tədbirlərdə təşkilatın Qızıl Tərəfdaşı kimi çıxış edəcək
Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 17-də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədə keçiriləcək 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirin açılışında nazir Əli Abbasov BTİ-nin Qızıl Tərəfdaşı olan ölkənin rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edərək Azərbaycanın təşkilatla uzun illər ərzində səmərəli əməkdaşlığından bəhs edəcək.
Qeyd edək ki, BTİ-nin 150 illiyi ilə bağlı bu il ərzində təşkilata üzv olan ölkələrdə hər ay bir mövzuya həsr olunmuş tədbirlər keçiriləcək. Bu silsilədə may ayı "İKT-də innovasiyaların aparıcı rolu"na həsr olunur və bununla bağlı mayın 12-22-də BTİ-nin Rəhbərlər Şurasının görüşü çərçivəsində tədbirlər keçiriləcək.
Eyni zamanda, Əlcəzairdə, Banqladeşdə, Belarusda, Hindistanda, Moldovada, Namibiyada, Niderlandda, Pakistanda, İspaniyada, Ukraynada və digər ölkələrdə bu mövzuda tədbirlər təşkil olunacaq. Azərbaycanda isə aprel ayında "Qadınların İKT-də rolu" mövzusunda konfransbaş tutub.
Yubiley tədbiri çərçivəsində İKT sahəsində fəaliyyət göstərən bır sıra yüksəksəviyyəli alimlərin, rəhbər işçilərin, şirkət və təşkilat rəhbərliklərinin çıxışları gözlənilir.
Aynur Vəliyeva
Baxış sayı: 819
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı