12px13px15px17px
Tarix:02/05/15

Avropa İttifaqında "eCall” sisteminin 2018-ci ildən bütün yeni avtomobillərdə quraşdırılması mütləq olacaq

Avropa Parlamenti 1 aprel 2018-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ərazisində satılan bütün yeni avtomobillərin sinfindən və qiymətindən asılı olmayaraq mütləq şəkildə "eCall” təcili kömək çağırış sistemi ilə təchiz edilməsinə dair qərar qəbul edib. Sistemdən istifadə pulsuzdur, onun quraşdırılması isə 100 avroya başa gəlir.  
 
“eCall” xidməti yol-nəqliyyat hadisəsi baş verdikdə və avtomobildə təhlükəsizlik yastıqları açıldıqda 112 vahid telefon nömrəsi üzrə xilasetmə xidmətinin avtomatik çağırılmasını nəzərdə tutan xüsusi proqram-aparat kompleksidir. Servis dispetçerə təkcə qəza yerini deyil, həm də hadisənin baş vermə vaxtı, maşının markası, onun istifadə etdiyi yanacaq növü və salonda olan insanların sayı barədə məlumat ötürür.
 
Parlamentarilərin fikrincə, avtomobillərin belə sistemlərlə təchiz edilməsi yol-nəqliyyat hadisəsi yerinə yardımın gəlməsi vaxtını 40-50 faiz qısaldacaq ki, bu da yollarda ölüm hallarını minimum 10 faiz azaldacaq. Bu isə ildə 2500 nəfərin həyatının xilas edilməsi deməkdir. Statistikaya əsasən, 2014-cü ildə Aİ-də 25 700-dən çox insan avtomobil qəzalarının qurbanı olub, - “3DNews yazır.



Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024