12px13px15px17px
Tarix:04/05/15

“Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru” mövzusunda konfrans keçirilib

24 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə bütün sahələrdə köklü islahatlar aparıb, sürətli iqtisadi inkişafa nail olub, bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrilib, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu fikrini Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik

Toplantısı çərçivəsində “Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru” mövzusunda keçirilən konfransda bildirib. Nazir qeyd edib ki,
hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75%-dən çoxunu təşkil edir: “Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, hesabatlarda ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.
 
Ölkəmizin uğurlarının əsas amillərindən biri də əlverişli biznes və investisiya mühitinin yaradılmasıdır.
 
Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. İndiyədək ölkə iqtisadiyyatına 200 mlrd. dollar investisiya qoyulub ki, bunun yarısı xarici investisiyalardır.
 
Növbəti amil Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsidir”.
 
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1191

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024