12px13px15px17px
Tarix:04/05/15

Onlayn sənədləşmə tədris proqramlarının şəffaflığını təmin edəcək

Qırğızıstanın Jusup Balasaqın adına Qırğız Milli Universitetində DOQUP layihəsinin final konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova iştirak edib.
 
Tədbirin məqsədi layihənin nəticələrinin yayılması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sistemin tətbiq edilməsi istiqamətində aparılan işlərin müzakirəsi və layihə nəticələrinin davamlılığını təmin etmək məqsədi ilə qətnamənin qəbul edilməsi olub.
 
Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın Təhsil nazirliklərinin nümayəndələri DOQUP layihəsinin “Bolonya prosesi”nə inteqrasiyası üçün əhəmiyyətindən danışıblar. BDU-dan qeyd edilib ki, Azərbaycan 2005-ci ilin may ayında Bolonya Deklarasiyasını imzalamaqla Avropa təhsil məkanına daxil olub.
 
2011-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti və Odlar Yurdu Universiteti İtaliyanın Genoa Universiteti tərəfindən koordinatorluq etdiyi TEMPUS “Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə” - DOQUP layihəsinə qoşulub. Layihənin ümumi partnyorlarının sayı 28-dir. BDU həmin layihədə Azərbaycan üzrə milli koordinatordur.
 
Layihənin əsas məqsədi tərəfdaş ölkələrdə keyfiyyətin təmin edilməsi üzrə Avropa Standartları və Əsaslarına müvafiq tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə onlayn sənədləşmə sisteminin müəyyən edilməsi və yerinə yetirilməsidir. Onlayn sənədləşmə tədris proqramlarının şəffaflığını təmin edir, bu da, öz növbəsində, “Bolonya prosesi”nin ən əsas məqsədlərindən biridir.
 
Bundan əlavə, tədris proqramları haqqında məlumatların onlayn yerləşdirilməsi onların milli və beynəlxalq səviyyədə müqayisəliliyi üçün əhəmiyyətlidir. Bu da “Bolonya prosesi”nin digər mühüm məqsədlərindən birini təşkil edir. Məlumatların onlayn şəkildə olması tədris proqramlarının keyfiyyətinin artırılmasına da səbəb olur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024