Tarix:04/05/15
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, məsələn, mobil proqram həm smartfon, həm də internetə zəif qoşulmanı dəstəkləyən mobil qurğulardan istifadə üçün optimallaşdırılmalıdır.
Xatırladaq ki, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 2013-cü ilin avqustunda “Internet.org” layihəsini elan edib.
“Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən “Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.
2014-cü ilin oktyabrında “Internet.org” layihəsi İndoneziyada işə salınıb.
2015-ci ilin yanvarında “Facebook” “Internet.org” proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.
Emil Hüseynov
“Facebook” “Internet.org” platformasını kənar tərtibatçılar üçün açıq elan edib
“Facebook” sosial şəbəkəsi “Internet.org” platformasını kənar tərtibatçılar üçün açıq elan edib. “Internet.org” platforması ilə inteqrasiya olunan mobil tətbiq yaratmaq istəyənlər texniki qaydalarla tanış olmalıdır."ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, məsələn, mobil proqram həm smartfon, həm də internetə zəif qoşulmanı dəstəkləyən mobil qurğulardan istifadə üçün optimallaşdırılmalıdır.
Xatırladaq ki, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 2013-cü ilin avqustunda “Internet.org” layihəsini elan edib.
“Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən “Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.
2014-cü ilin oktyabrında “Internet.org” layihəsi İndoneziyada işə salınıb.
2015-ci ilin yanvarında “Facebook” “Internet.org” proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.
Emil Hüseynov
Baxış sayı: 808
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib