12px13px15px17px
Tarix:04/05/15

“Qunduz” informatika və kompüter bacarıqları müsabiqəsinin final mərhələsi keçirilib

 ADA Universitetində orta məktəb şagirdləri arasında  "Qunduz" informatika və kompüter bacarıqları müsabiqəsinin ("Bebras" Informatics and Computer Fluency contest) final mərhələsi keçirilib.

Müsabiqənin final mərhələsinə 4184 Azərbaycan məktəblisi qatılıb və ən yüksək bal toplamış 44 məktəbli informatika üzrə bacarıqlarını sınayıb.

Daha sonra nəticələr açıqlanaraq təltif etmə mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqə ("Bebras" International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək məqsədi ilə təşkil olunub.
 
Başlanğıcı 2004-cü ildə qoyulmuş "Qunduz" müsabiqəsi hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir.
 
Aynur Vəliyeva



Baxış sayı: 1054

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024