12px13px15px17px
Tarix:05/05/15

“Bakcell” şirkəti “4G LTE” xidmətini kommersiya istifadəsinə verib

Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti bu gün 4-cü sürət brendini- "4G LTE" xidmətini kommersiya istifadəsinə verib.
 
Yeni xidmət sayəsində "Bakcell" abunəçiləri ən müasir LTE şəbəkəsindən faydalanaraq iri həcmli faylları bir göz qırpımında yükləyib göndərə bilər. İstifadəçilər musiqi axınlarını buferizasiyanı gözləmədən dinləyə, habelə şəbəkədə ləngimənin cüzi olduğu halda belə onlayn oyunlar oynaya biləcəklər.
 
"Bakcell" smartfon istifadəçiləri üçün "4G" xidməti  göstərən ilk şirkətdir.
 
Artıq smarrfon istifadəçiləri ayda 10 manat ödəyərək 3 GB həcmində "4G" xidmətindən yararlana bilərlər.
 
Noutbuk istifadəçiləri isə 60 manat ödəyərək 45 GB tutumunda yüksəksürətli internetdən istifadə edə biləcək və bu abunəçilərə pulsuz LTE modemi də təqdim olunacaq.
 
Planşet istifadəçiləri isə ayda 15 manat ödəməklə 10 GB həcmində "4G" mobil internetdən faydalana bilərlər.
 
Qeyd edək ki, son üç ay ərzində  "Bakcell"in LTE xidmətindən 150 Mbit/s -ə çatan sürətlə 4 minə yaxın abunəçi məlumat ötürə bilib.
 
Şirkətin texniki direktori Yigit Bektaş bildirib ki, "Bakcell" şirkəti LTE şəbəkəsini yaxın bir ildə daha da genişləndirmək niyyətindədir.
Belə ki, mobil operator 2016-cı ildə bəzi regionlarda da "4G" xidmətləri göstərəcək.
 
"Hazırda Bakıda Abşeronda LTE xidmətləri göstərilir. Növbəti mərhələdə biz istifadəçi tələbatına uyğun şəkildə əhatə dairəmizi regionlarda da genişləndirəcəyik",- deyə o qeyd edib.
 
AYNUR
 



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024