Tarix:06/05/15
Görüş iştirakçılarının səsləndirməyi planlaşdırdığı problemlərdən biri rabitənin təşkili üçün istifadə olunan magistral və marşrutlayıcıların buraxılış qabiliyyətidir. Bir sıra yerlərdə avadanlıq artıq öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmir, istifadəçilərin tələb və istəkləri isə durmadan artır. Mütəxəssislər bildirir ki, internetin tempi artmaqda davam etsə və məlumatların ötürülməsi üçün prinsipial yeni texnologiyalar yaranmasa, artıq on ildən sonra minimum mövcud infrastrukturu ikinci dəfə qurmaq lazım gələcək, bu isə internetdən istifadə tariflərinin xeyli artmasına səbəb olacaq.
Lakin dünyanın ən qocaman elmi cəmiyyətinin üzvlərini digər problem narahat edir. Belə ki, Böyük Britaniya internet istifadəçilərinin tələbatı üçün ölkədə istehsal olunan elektrik enerjisinin 8 faizini sərf edir ki, bu da üç atom elektrostansiyasının məhsuldarlığına bərabərdir. Bu göstərici hər dörd ildə iki dəfə çoxalır. Nəzəri baxımdan 2035-ci ilədək internet Britaniyada istifadə olunan bütün enerjini sərf edə bilər.
Aston Universitetinin optik kommunikasiyalar sahəsində professoru Endryu Ellis bildirib ki, biz daha çox enerji hasil edə bilmərik, bu səbəbdən internetdən istifadəni ya azaltmaq, ya da məhdudlaşdırmaq lazım olacaq.
Professorun fikrincə, mövcud infrastrukturun yenidən qurulması internet tariflərinin artması ilə yanaşı, enerji şəbəkəsinin əlavə yüklənməsinə səbəb olacaq. “Buna görə insanlar internetin bahalaşmasına hazır olmalıdırlar”, - o qeyd edib, - "Lenta” yazır.
Britaniyada internetdən istifadə 20 ildən sonra məhdudlaşa bilər
Böyük Britaniya sakinləri üçün internetə çıxış yaxın vaxtlarda məhdudlaşa, bəzi istifadəçi kateqoriyası üçün hissələrə bölünə və ya bağlana bilər. “The Telegraph” nəşrinin məlumatına görə, qlobal şəbəkənin gələcəyini mayın 11-də Böyük Britaniya Milli Akademiyasının funksiyasını yerinə yetirən elmi mərkəz müzakirə edəcək.Görüş iştirakçılarının səsləndirməyi planlaşdırdığı problemlərdən biri rabitənin təşkili üçün istifadə olunan magistral və marşrutlayıcıların buraxılış qabiliyyətidir. Bir sıra yerlərdə avadanlıq artıq öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmir, istifadəçilərin tələb və istəkləri isə durmadan artır. Mütəxəssislər bildirir ki, internetin tempi artmaqda davam etsə və məlumatların ötürülməsi üçün prinsipial yeni texnologiyalar yaranmasa, artıq on ildən sonra minimum mövcud infrastrukturu ikinci dəfə qurmaq lazım gələcək, bu isə internetdən istifadə tariflərinin xeyli artmasına səbəb olacaq.
Lakin dünyanın ən qocaman elmi cəmiyyətinin üzvlərini digər problem narahat edir. Belə ki, Böyük Britaniya internet istifadəçilərinin tələbatı üçün ölkədə istehsal olunan elektrik enerjisinin 8 faizini sərf edir ki, bu da üç atom elektrostansiyasının məhsuldarlığına bərabərdir. Bu göstərici hər dörd ildə iki dəfə çoxalır. Nəzəri baxımdan 2035-ci ilədək internet Britaniyada istifadə olunan bütün enerjini sərf edə bilər.
Aston Universitetinin optik kommunikasiyalar sahəsində professoru Endryu Ellis bildirib ki, biz daha çox enerji hasil edə bilmərik, bu səbəbdən internetdən istifadəni ya azaltmaq, ya da məhdudlaşdırmaq lazım olacaq.
Professorun fikrincə, mövcud infrastrukturun yenidən qurulması internet tariflərinin artması ilə yanaşı, enerji şəbəkəsinin əlavə yüklənməsinə səbəb olacaq. “Buna görə insanlar internetin bahalaşmasına hazır olmalıdırlar”, - o qeyd edib, - "Lenta” yazır.
Baxış sayı: 1152
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib