12px13px15px17px
Tarix:06/05/15

Yeni “Opera Mini” brauzeri bir günə bir milyon dəfə yüklənib

Ötən ay “Opera Software” şirkəti populyar "Opera Mini” brauzerinin yenilənmiş versiyasını təqdim edib.

Statistikaya görə, yenilənmiş brauzer doqquz ölkədə “Google Play” əlavələr mağazasında ən çox yüklənən əlavə olub və daha 18 ölkədə ən populyar əlavələr toplusunda yer alıb. Bu ölkələrin sırasına Hindistan, İndoneziya, Banqladeş, Ukrayna, Cənubi Afrika, Nigeriya və Pakistan daxildir. Beləliklə, “Opera Mini”nin populyar əlavə olduğu ölkələrdə əhalinin ümumi sayı 2 milyard nəfəri ötür.
 
“Opera Mini”nin yeni versiyası işıq üzü gördükdən bir neçə gün sonra 1 milyondan çox insan brauzeri bir günə yükləyib. Sözsüz, bir günə bir milyon yükləmə bizim hamımızın fəxr etdiyi nəticədir. Bu göstərici istifadəçilərin internetə "Opera Mini”nin təmin etdiyi sürətli və təhlükəsiz çıxışa nə qədər əhəmiyyət verməsini nümayiş etdirir”, - "Opera Software” şirkətinin baş direktoru Lars Boylesen deyib, - "4PDA” yazır.



Baxış sayı: 1322

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024