12px13px15px17px
Tarix:06/05/15

Regionlarda yaşayış məntəqələrində “Wi-Fi” avadanlıqları qurulacaq

Regionlarda vətəndaşların internetə olan tələbatının ödənilməsi məqsədilə  yaşayış məntəqələrində “Wi-Fi” avadanlıqları qurulacaq. Bu barədə “Aztelekom”İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, daha çox çətin dağlıq relyefə və eləcə də düzənlik ərazilərdə yerləşən kiçik yaşayış məntəqələrində, əhalinin həm telefon, həm də internet xidmətinə olan ehtiyacını ödəmək məqsədi ilə naqilsiz şəbəkələr qurulacaq.
 
Texniki direktor  bu şəbəkələrin Sabirabad, Saatlı və Tovuz rayonlarda qurulacağını bildirib.  “Bu tip şəbəkə layihələrinin çox qısa müddətdə reallaşdırılması imkanı var. Bu məqsədlə ilkin olaraq bir neçə yaşayış məntəqələrində “Wi-Fi” avadanlığı ilə naqilsiz şəbəkə qurulub, test edilərək effekti öyrənilib. Simsiz avadanlığın qurulması ilə yaşayış məntəqələrində  ən azı 100 istifadəçiyə  həm telefon, həm də internet xidmətinin (hər bir istifadəçiyə 1Mb/s və ya 2Mb/s sürətli internet verilə bilər ) verilməsi test edilib”.
 Z.Vəliyev telefon və internet xidmətlərinin ötürülməsi üçün ən optimal ötürülmə üsulunun  simsiz şəbəkə olduğunu bildirib. O, bu şəbəkənin qurulmasının digər vasitələrdən qat-qat ucuz başa gəldiyini deyib.
 
“Belə şəbəkələr dağlıq ərazilərdə qurulduqda ötürücü antenalar ardıcıl şəkildə bir-biri ilə asanlıqla uzlaşmalıdır. ”Aztelekom”İB  Saatlı və Sabirabaddan fərqli olaraq Tovuz rayonunda  simsiz şəbəkəni dağlıq relyefə uyğun qurmağı planlaşdırır”.
 
RƏVAN



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024