Tarix:06/05/15
Analitiklər 2015-ci ildə kineskop və plazma televizorların bazarı tam tərk edəcəyini proqnozlaşdırırlar. Eyni zamanda “OLED” modellərin tədricən yayılması gözlənilir, lakin bahalığa görə onların illik tədarük həcmi 1 milyon ədəddən az olacaq.
Bildirilir ki, böyükölçülü modellərin populyarlığının artmasına baxmayaraq kiçikölçülü televizorlara da tələbat qalır. Bu qurğulara yüksək tələbat 2014-cü ildə inkişaf etməkdə olan ölkələrdə qeydə alınıb. Məsələn, Braziliyada 30-39 düym diaqonallı modellərin ölkəyə tədarük edilən televizorların ümumi həcmində payı 46 faiz təşkil edib. Hindistanda 20-29 düym ekranlı qurğular daha çox populyar olub. Onların bazar payı 54 faizə çatıb.
Bazarın indiki təhlili göstərir ki, 2015-ci ildə televizorlara tələbat valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar azala bilər. Mübadilə məzənnələrinin Rusiya, Cənubi Amerika və digər inkişaf etməkdə olan ölkələrdə aşağı düşməsi televizor qurğularının bahalaşmasına səbəb olub ki, bu da qeyd olunan regionlarda alıcılıq qabiliyyətinə mənfi təsir göstərib, - "DailyComm” yazır.
2014-cü ildə dünyada televizorların tədarükü 3 faiz artıb
2014-cü ildə dünya televizorlar bazarının həcmi natural ifadədə 3 faiz artaraq 230 milyon qurğuya çatıb. Bu barədə “Display Search” analitik şirkətinin hesabatında deyilir. Müsbət dinamika əksər regionlarda, o cümlədən böyük Çin bazarında və Yaxın Şərqdə müşahidə olunub.Analitiklər 2015-ci ildə kineskop və plazma televizorların bazarı tam tərk edəcəyini proqnozlaşdırırlar. Eyni zamanda “OLED” modellərin tədricən yayılması gözlənilir, lakin bahalığa görə onların illik tədarük həcmi 1 milyon ədəddən az olacaq.
Bildirilir ki, böyükölçülü modellərin populyarlığının artmasına baxmayaraq kiçikölçülü televizorlara da tələbat qalır. Bu qurğulara yüksək tələbat 2014-cü ildə inkişaf etməkdə olan ölkələrdə qeydə alınıb. Məsələn, Braziliyada 30-39 düym diaqonallı modellərin ölkəyə tədarük edilən televizorların ümumi həcmində payı 46 faiz təşkil edib. Hindistanda 20-29 düym ekranlı qurğular daha çox populyar olub. Onların bazar payı 54 faizə çatıb.
Bazarın indiki təhlili göstərir ki, 2015-ci ildə televizorlara tələbat valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar azala bilər. Mübadilə məzənnələrinin Rusiya, Cənubi Amerika və digər inkişaf etməkdə olan ölkələrdə aşağı düşməsi televizor qurğularının bahalaşmasına səbəb olub ki, bu da qeyd olunan regionlarda alıcılıq qabiliyyətinə mənfi təsir göstərib, - "DailyComm” yazır.
Baxış sayı: 651
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib